Icma.az
close
up
RU
MİDA mənzilləri ilə bağlı narazılığa birdəfəlik son qoyula bilər

MİDA mənzilləri ilə bağlı narazılığa birdəfəlik son qoyula bilər

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dekabrın 6-da Sumqayıt və Lənkəran yaşayış komplekslərində ümumilikdə 544 mənzilin satışını həyata keçirib. Satış elektron qaydada, "Güzəştli Mənzil" sistemi vasitəsilə baş tutub. Lakin prosesdə bəzi vətəndaşlar sistemdə texniki problemlər yaşadıqlarını və mənzil seçimində çətinliklərlə üzləşdiklərini bildiriblər. Bu, əsas narazılıqlara səbəb olub.

MİDA açıqlamasında qeyd edib ki, satışın bütün mərhələləri qanunvericiliyə uyğun keçirilib. Elektron kabinetə malik olan hər bir vətəndaşın seçimlərdə bərabər hüquqlara malik olduğu vurğulanıb. Bununla belə, bəzi istifadəçilər sistemin yüklənmə problemləri səbəbindən ədalətsizlik yaşandığını iddia ediblər. Narazılıqlar əsasən sistemin fəaliyyətindəki gecikmələr və seçim zamanı baş verən texniki problemlərlə əlaqədardır. Onu da nəzərə çatdıraq ki, bu kimi narazılıqlar hər dəfə təkrarlanır? Bəs problemdən çıxış yolu nədədir?

Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, 35 saniyə ərzində güzəştli mənzillərin satışının bitməsi, tələb və təklif arasındakı böyük fərq bu məsələyə bir qədər daha ədalətli yanaşmanı zəruri edir: “İnsanlara güzəştli mənzil fürsətinin yaradılması sözsüz ki, uğurlu və təqdirə layiq işdir.

Lakin bu prosesin ən böyük çatışmayan tərəfi ev qazanmaq şansını insanların əl bacarıqlarına və istifadə etdikləri avadanlıqların texniki göstəricilərinin öhdəsinə və ya sosial həssaslıqla heç bir əlaqəsi olmayan amillərin öhdəsinə buraxmaqdır. Yəni bütün proses boyu sosial həssaslıq faktorları nəzərə alınan bir işin ən son həlledici məqamında bu sosial həssaslığın nəzərə alınmadan digər amillərin önə çıxmasını doğru hesab etmirəm.

Əgər sual olunursa ki, məsələn, 10 müraciətçi və 3 mənzil varsa, bunu necə verək?

Çox rahat şəkildə müraciətçilər arasında həssaslıq dərəcəsinin və ehtiyacların qiymətləndirilməsi üçün daha təkmil bir sistem yaradıla bilər.  Şərti olaraq bunu, “Ehtiyac Qiymətləndirilməsi Sistemi” adlandıra bilərik. Bu sistem insanların həm həssaslı dərəcəsini, həm də evlərə olan ehtiyaclarının dərəcəsini qiymətləndirə və sıralaya bilər.

İnsanın iki gözünü də bir-birindən fərqləndirmək olur. Dünyada tam bərabər heç nə yoxdur. Deməli, hər bir həssas qrup nümayəndəsi mütləq digərindən çox həssas və ya az həssasdır. Odur ki, avtomatlaşdırılmış bu sistem ən azı sosial həssaslıq dərəcəsi və ehtiyac dərəcəsi kimi 2 kritertiya üzrə qiymətləndirmə apara bilər. Məsələn, Şəhid ailəsi, müəllim, hərbiçi və digər kriteriyalar üzrə qiymətləndirə bilər. Amma əvvəlcə bu həssaslıq dərəcələri çoxdan aza doğru xüsusi dövlət komissiyası tərəfindən kodlaşdırılaraq sıralanmalı və yaradılacaq avtomatlaşdırılmış sistem bu əsasdan formalaşmalıdır. Yəni ayrı-ayrı indekslər yaradılır və bu indekslər ən ədalətli sıralamanı təmin edir. 

Birinci növbədə sıralama prosesi həssaslıq dərəcəsinə görə aparılır.  Eynilik yaranacağı hallarda isə ikinci kriteriyadan istifadə edilməlidir. Bu kriteriya isə “Ehtiyac” kriteriyası olmalıdır. Bu kriteriya üzrə müraciətçinin yaşayış şəraiti, gəlirləri və digər sosial amilləri qiymətləndirilə və sıralana bilər. Tikilən binalar isə sistemin sıralaması əsasında paylana bilər. Şəffaflığın təmin edilməsi üçün isə mütləq bu sıralama bütün digər müraciətçilər üçün açıq olmalıdır.

Amma bu zaman bir problem çıxa bilər. Daha az həssas hesab edilən qruplar sıralamada daim geridə qala və mənsizlərə sahiblənə bilməzlər. Bu problem həll etmək üçün isə Avtomatlaşdırılmış Sistem sıraladığı müraciətçiləri həm də qruplar daxilində sıralamalıdır. Bundan sonra mənzillər həmin qruplar arasında mütənasibliklə bölünməlidir. Məsələn, hər 100 mənzildən 30-u vətən müharibəsilə bağlı olan həssas qruplar, 20-si müəllim qrupu, 15-i dövlət qulluqçuları üçün və s.  Əvvəldə qeyd etdiklərim mürəkkəb görünərsə, müraciət olunacağı təqdirdə təkliflərimi daha detallı şəkildə hazırlayaraq təqdim edə və prosesdə şəxsən iştirak edə bilərəm”.

İqtisadçı digər ədalətli variantın da mövcud olduğunu bildirdi: “O zaman ya xüsusi sistem lazım deyil, ya indeksləşdirmək. Sadəcə televiziyada xüsusi qurumların nümayəndələrdən ibarət komissiyanın iştirakı ilə canlı yayımda lotereya vasitəsilə qaliblərin seçilməsi daha ədalətli olardı. O zaman hər kəsin qalib olma ehtimalı (şansı) bərabər olardı. Ehtimalların bərabər paylanması ədaləti də bərabər paylamış olar”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 10 dekabr 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri