MİDAnın sehrbazlığı təkrarlanır... Guya mənzillər saniyələr ərzində satılıb | Icma.az
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. Mənzil İnşaatı Dövlət Agentliyinin dekabrın 6-da Sumqayıt və Lənkərandakı yaşayış kompl
Rəsmi açıqlama belədir ki, 35 saniyə ərzində 544 mənzil satılıb.
Sosial platformalarda proses çox ciddi tənqid olunub, şübhə ilə qarşılanıb.
Çünki qaliblər sırasında olan bəzi şəxslər sevincini bölüşüb, cəld tərpənərək mənzilə sahib olduğunu yazıb.
Amma məlum olur ki, həmin adamlar ümumi prosesdən məlumatsızdır.
Bizimyol.info xəbər verir ki, MİDA 2018-ci ilin sentyabrından bu yolla mənzil satışını həyata keçirir.
Nəticələr, adətən, şübhə ilə qarşılanıb. Satış nəticələrinin ləğv olunduğunu, göstəricinin ağlabatan sayılmadığı günləri görmüşük.
Hətta 2022-ci ilin martında kənar şəxslərin qanunsuz müdaxiləsi aşkar edilmiş, satışın nəticələri ləğv olunmuş, həbslər həyata keçirilmişdi.
Tam oxu
Xəbəri oxu