Icma.az
close
up
RU
MİDAnın sehrbazlığı təkrarlanır... Guya mənzillər saniyələr ərzində satılıb

MİDAnın sehrbazlığı təkrarlanır... Guya mənzillər saniyələr ərzində satılıb

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Mənzil İnşaatı Dövlət Agentliyinin dekabrın 6-da Sumqayıt və Lənkərandakı yaşayış komplekslərində mənzil satışı həyata keçirdiyi bildirir. Rəsmi açıqlama belədir ki, 35 saniyə ərzində 544 mənzil satılıb. Sosial platformalarda proses çox ciddi tənqid olunub, şübhə ilə qarşılanıb. Çünki qaliblər sırasında olan bəzi şəxslər sevincini bölüşüb, cəld tərpənərək mənzilə sahib olduğunu yazıb. Amma məlum olur ki, həmin adamlar ümumi prosesdən məlumatsızdır.

Bizimyol.info xəbər verir ki, MİDA 2018-ci ilin sentyabrından bu yolla mənzil satışını həyata keçirir. Nəticələr, adətən, şübhə ilə qarşılanıb. Satış nəticələrinin ləğv olunduğunu, göstəricinin ağlabatan sayılmadığı günləri görmüşük. Hətta 2022-ci ilin martında kənar şəxslərin qanunsuz müdaxiləsi aşkar edilmiş, satışın nəticələri ləğv olunmuş, həbslər həyata keçirilmişdi.

MİDA bildirir ki, satışda ümumilikdə 4176 nəfər iştirak edib. Müfəssəl məlumat verilmir. Cəmiyyət isə prosesə şübhə ilə yanaşır. Ramiz Səfərov bildirir ki, 8-ci saniyədə ortada mənzil qalmamasının şahidi olub. Cəmi Ağazadə 9-cu saniyədə mənzilsiz qalacağını bilib. Azad Hüseynov və Elçin Osmanov 10-cu saniyədə prosesin bitdiyini görüblər. Yəni rəsmi açıqlama həqiqəti əks etdirmir.

Bəhruz Əliyev qəzəbini gizlədə bilmir. Onun firkincə, MİDA abbreviaturası daha çox "Mənzil İstəyənləri Dolama Agentliyi" kimi başa düşülməlidir. Çünki insanların hissləri ilə oynayırlar.

MİDA mənzillərinin maklerlərin əlində olması ilə bağlı xeyli rəy gözə dəyir. İnsanlar hətta şərtləri də öyrəndiklərini yazırlar. Aşkar görünür ki, MİDA-nın layihəsi etimadı itirib və obyektiv keçirilmir.

Mütəxəssislər mənzillərin satış mexanizminin məntiqə sığmadığını bildirir, dəyişikliyə ehtiyac olduğunu deyir. Müxtəlif versiyalar var. Bunlardan biri də püşk atılmasıdır. Bütün hallarda sistem təkmilləşdirilməlidir. İnsanlar prosesin obyektivliyinə inanmır. Rəylərdən biri çox təsirli görünürdü. Bir nəfər yazmışdı ki, bacısı hər il neçə-neçə sınaqda iştirak edir, satış prosesində bir neçə saniyəyə istəyə çatmaq üçün vuruşur. Amma həmin gün gələndə ilk saniyələrdən mənzilin qalmadığını görür. MİDA bu sehrbazlığa son qoymalıdır. İnsanlara ümid verib sonra onları sarsıtmaq ədalətli davranış deyil.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Dekabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri