Mikels bu dəfə millidə qol ötürməsi etdi

30.09.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Mikels bu dəfə millidə qol ötürməsi etdi

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Ruanda yığmasında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, onun komandası Afrika Millətlər Kubokunun 2-ci turunda Kabo Verde ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Mikels bu görüşdə start heyətdə meydana çıxıb. O, 52-ci dəqiqədə komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub. Hücumçu 90+3-də əvəzlənib.

“Zirə”də çıxış edən Ange Mutsinzi də Ruanda millisində start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, Coy-Lens Mikels bir neçə gün əvvəl Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liberiyaya qarşı oyunda Ruanda millisində debüt edib və 1 qol vurmağı bacarıb. 

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью