Mikels bu dəfə millidə qol ötürməsi etdi
Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Sabah”ın futbolçusu Coy-Lens Mikels Ruanda yığmasında növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, onun komandası Afrika Millətlər Kubokunun 2-ci turunda Kabo Verde ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Mikels bu görüşdə start heyətdə meydana çıxıb. O, 52-ci dəqiqədə komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub. Hücumçu 90+3-də əvəzlənib.
“Zirə”də çıxış edən Ange Mutsinzi də Ruanda millisində start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Coy-Lens Mikels bir neçə gün əvvəl Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liberiyaya qarşı oyunda Ruanda millisində debüt edib və 1 qol vurmağı bacarıb.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Baxış sayı:54
Bu xəbər 30 Sentyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















