“Milan“ 0:2 dən geridönüş etdi: Yeni transferdən iki dəqiqəyə iki qol

12.09.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

İtaliya A Seriyasının 4-cü turunda Roma "Latsio"su ilə "Milan" arasında keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Moderator.az xəbər verir ki, komandalar Romadakı "Olimpiko" stadionunda qarşılaşıblar.

Matçın baş hakimi Matteo Marçenaro olub.

Oyunun 10-cu dəqiqəsində "Latsio"nun vingeri Matteo Kançellyeri hesabı açıb. 39-cu dəqiqədə niderlandlı hücumçu Teyyani Noslin romalıların üstünlüyünü iki topa çatdırıb. 65-ci dəqiqədə "Milan"ın yeni transferi Dieqo Moreyra fərqi azaldıb. İki dəqiqə sonra Moreyra dublunu rəsmiləşdirərək hesabı bərabərləşdirib.

"Milan" dörd turdan sonra səkkiz xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 10 xalı olan "Latsio" isə birinci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью