“Milan“ 0:2 dən geridönüş etdi: Yeni transferdən iki dəqiqəyə iki qol
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İtaliya A Seriyasının 4-cü turunda Roma "Latsio"su ilə "Milan" arasında keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Moderator.az xəbər verir ki, komandalar Romadakı "Olimpiko" stadionunda qarşılaşıblar.
Matçın baş hakimi Matteo Marçenaro olub.
Oyunun 10-cu dəqiqəsində "Latsio"nun vingeri Matteo Kançellyeri hesabı açıb. 39-cu dəqiqədə niderlandlı hücumçu Teyyani Noslin romalıların üstünlüyünü iki topa çatdırıb. 65-ci dəqiqədə "Milan"ın yeni transferi Dieqo Moreyra fərqi azaldıb. İki dəqiqə sonra Moreyra dublunu rəsmiləşdirərək hesabı bərabərləşdirib.
"Milan" dörd turdan sonra səkkiz xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 10 xalı olan "Latsio" isə birinci yerdədir.
Bu mövzuda digər xəbərlər:A Seriyası: Milan 5 dəqiqəyə geridönüş etdi
14 Yanvar 2025 23:36
“Milan”dan fantastik geridönüş
07 Yanvar 2025 01:15
Argentina 2:0 uduzduğu oyunda 13 dəqiqədə geridönüş etdi
07 İyul 2026 22:32
Milan İnter matçında 2 qol vuruldu
03 Fevral 2025 01:55
Milanın geridönüşü: hər iki komanda 0:2 dən 3:2 yə
09 Mart 2025 10:58
Baxış sayı:100
Bu xəbər 12 Sentyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















