Milana hərbi qüvvələr göndəriləcək

20.10.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliya rəhbərliyi iki gün davam edən iğtişaşlardan sonra Milana 500 hərbçi göndərəcək.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın Baş nazirinin müavini Matteo Salvini açıqlayıb. 

Agentlik qeyd edib ki, şəhərə hərbi qüvvələrin göndərilməsinin təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər paketinə daxil edilməsi gözlənilir. Həmin tədbirlər paketi isə bu gün ölkənin Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir. 

Qeyd edək ki, oktyabrın 17-18-də Milan və İtaliyanın digər şimal şəhərlərində qiymət artımına və dövlət xidmətlərinin işinin pisləşməsinə qarşı keçirilən etiraz aksiyalarından sonra iğtişaşlar baş verib. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurmalar baş verib, etirazçılar mağazaları qarət edib. Milanda ümumilikdə 271 nəfərin saxlanıldığı, 32 etirazçının həbs edildiyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью