Milana hərbi qüvvələr göndəriləcək
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliya rəhbərliyi iki gün davam edən iğtişaşlardan sonra Milana 500 hərbçi göndərəcək.
Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın Baş nazirinin müavini Matteo Salvini açıqlayıb.
Agentlik qeyd edib ki, şəhərə hərbi qüvvələrin göndərilməsinin təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər paketinə daxil edilməsi gözlənilir. Həmin tədbirlər paketi isə bu gün ölkənin Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir.
Qeyd edək ki, oktyabrın 17-18-də Milan və İtaliyanın digər şimal şəhərlərində qiymət artımına və dövlət xidmətlərinin işinin pisləşməsinə qarşı keçirilən etiraz aksiyalarından sonra iğtişaşlar baş verib. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurmalar baş verib, etirazçılar mağazaları qarət edib. Milanda ümumilikdə 271 nəfərin saxlanıldığı, 32 etirazçının həbs edildiyi bildirilib.
Baxış sayı:66
Bu xəbər 20 Oktyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















