Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. Milçəklər heyvanlar aləmində ən zəhlətökən və nifrət edilən canlılardır.
Hətta ən qorxulu heyvanlar belə onlar tərəfindən amansızcasına dişlənməkdən xilas ola bilmirlər.
Dünyada təxminən 110 mindən çox milçək mövü var. Meyvə milçəklərindən ev və ət milçəklərinə qədər - hər birinin öz vərdişləri və yaşayış yer
Milçəklər insanlar üçün sadəcə narahatlıq mənbəyi deyil, bu həşəratlar həm də təbiətdə mühüm rol oynayır.
Məsələn bitkiləri tozlandırır, üzvi materialın parçalanmasına kömək edir, digər böcəklər və heyvanlar üçün qida növü sayılır.
Ölkə.Az milçəklər haqqında maraqlı faktları təqdim edir: Milçəklər çox sürətlə artır.
Bir meyvə milçəyi həyatı boyu təxminən 500 yumurta qoyur. Ev milçəkləri adətən 15-25 gün, optimal şəraitdə iki aya qədər yaşaya bilirlər.
Ev milçəkləri mütəmadi olaraq nəcis, zibil, çürüyən heyvanlar və digər murdar yerlərdə qidalanıb yumurta qoyduqlarından, ev səthlərinə və qidalara qonduqda xəstəlik mikroblarını yayır.