Icma.az
close
up
RU
Milçəklər cinayət araşdırmasına kömək edirmiş Maraqlı faktlar (Video)

Milçəklər cinayət araşdırmasına kömək edirmiş Maraqlı faktlar (Video)

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Milçəklər heyvanlar aləmində ən zəhlətökən və nifrət edilən canlılardır. Hətta ən qorxulu heyvanlar belə onlar tərəfindən amansızcasına dişlənməkdən xilas ola bilmirlər. 

Dünyada təxminən 110 mindən çox milçək mövü var. Meyvə milçəklərindən ev və ət milçəklərinə qədər - hər birinin öz vərdişləri və yaşayış yerləri var.
Milçəklər insanlar üçün sadəcə narahatlıq mənbəyi deyil, bu həşəratlar həm də təbiətdə mühüm rol oynayır. Məsələn bitkiləri tozlandırır, üzvi materialın parçalanmasına kömək edir, digər böcəklər və heyvanlar üçün qida növü sayılır.
 

Ölkə.Az milçəklər haqqında maraqlı faktları təqdim edir:

Milçəklər çox sürətlə artır. Bir meyvə milçəyi həyatı boyu təxminən 500 yumurta qoyur. 
Ev milçəkləri adətən 15-25 gün, optimal şəraitdə iki aya qədər yaşaya bilirlər.
Ev milçəkləri mütəmadi olaraq nəcis, zibil, çürüyən heyvanlar və digər murdar yerlərdə qidalanıb yumurta qoyduqlarından, ev səthlərinə və qidalara qonduqda xəstəlik mikroblarını yayır. 

Adi ev milçəyi insanlara ən azı 65 xəstəlik ötürə bilər. Bu xəstəliklərə Dizenteriya, İshal, vəba, Tifo qızdırması, Cüzam, Qarayara, Ekvatorial sifilis, Tulyaremiya, vərəm və Poliomieliti misal göstərmək olar.

Milçəklərin çeynəmək üçün ağız üzvləri yoxdur. Bunun əvəzinə bərk qidaları yemək üçün mayeyə çevirən fermentləri tüpürür və bu maddələr qidanı parçaladıqdan sonra yeyir.

Milçəklər dadı ayaqlarındakı sensorlar vasitəsilə bilirlər. 

Leş milçəkləri, o cümlədən zərbə milçəkləri və ət milçəkləri yumurtalarını çürüyən heyvan cəmdəklərinə qoyurlar. Çünki onların qurdları çürüyən heyvanlarla qidalanır. Digər milçək növləri çoxalma və qidalanma yeri kimi tez-tez heyvan nəcisindən istifadə edirlər. 

Cinayət araşdırmasında milçəklərdən ilk dəfə 13-cü əsrdə Çində istifadə edilib. Cinayət yerində milçək populyasiyasını və onların sürfə mərhələlərini öyrənərək ölüm vaxtını təxmin etmək mümkündür.
Məhkəmə araşdırmalarında ən çox kömək edən ev, zərbə və ət milçəkləridir.

Arı milçəkləri, çiçək milçəkləri kimi bəzi növlər arılar üçün cəlbedici olmayan müxtəlif bitkiləri tozlandırır. Yəni kakao bitkisini tozlandıraraq şokolad istəyimizi təmin etdikləri üçün onlara minnətdar olmalıyıq.

Dünyanın ən böyük milçəyi ağac milçəyidir və 8 sm-ə qədər böyüyə bilir. Əsasən, Mərkəzi və Cənubi Amerikada yaşayır və yumurtalarını ölən ağaclara qoyurlar, olduqca zərərsizdirlər.
Milçəklər arxalarını görə bilirlər.İnsanlardan fərqli olaraq ev milçəklərinin mürəkkəb gözləri var. Bu gözlər sayəsində 360 dərəcəlik baxış bucağı ilə bütün istiqamətləri görür və təhlükəni sezə bilir.

Buna görə də kimsə milçəyə vurmaq istəyəndə çox sürətli reaksiya verərək qaçır.
Araşdırmalar göstərir ki, erkək milçəyin gözlərində “sevgi nöqtəsi” adlanan xüsusi bir sahə var. Bu sayədə dişi milçəkləri aşkar edib arxasıyca düşə bilir.

Milçəklərdən və onların yaydığı xəstəliklərdən qurtulmağın ən yaxşı yolu ətrafı təmiz saxlamaq, evə milçək girməməsi üçün diqqətlli olmaq, qidaların üzərini örtülü saxlamaqdır.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri