Millətlər Liqası: Azərbaycan yığması 3 cü oldu | Icma.az
futbolpress-az saytına istinadən Icma.az xəbər verir. Bakıda amputant futbolu üzrə Millətlər Liqasında C qrupuna yekun vurulub.
Futbolpress.az xəbər verir ki, “Bayıl Arena”da təşkil olunan turnirin son günündə 3 oyun keçirilib. Azərbaycan millisi iki matça çıxıb.
İlk görüşdə Niderland üzərində qələbə qazanan komandamız son qarşılaşmasında Ukrayna yığmasına məğlub olub.
Beləliklə, 9 xalla turnirin qalibi olan Ukrayna seçməsi Millətlər Liqasının B qrupuna yüksəlib.
Sonuncu yerdə qərarlaşan Belçika isə D qrupuna düşüb. Oyunların ardından mükafatlandırma mərasimi keçirilib.
Üçüncü yeri tutan Azərbaycan millisi bürünc, ikinci yerdə qərarlaşan İsrail gümüş, çempion Ukrayna yığması isə qızıl medal və kubokla mükafatlandırılıb.
Bundan əlavə, Eddi Neqqers (Niderland) turnirin ən yaxşı qapıçısı, Dmitri Şkexelski (Ukrayna) ən yaxşı gənc oyunçusu, Sənan Hacıyev (Azərbaycan) ən yaxşı futbolçusu seçilib.
3 qola imza atan Ben Maman (İsrail) isə C qrupunun bombardiri olub.
Tam oxu
Xəbəri oxu