Icma.az
close
up
RU
Millətlər Liqası: Azərbaycan yığması 3 cü oldu

Millətlər Liqası: Azərbaycan yığması 3 cü oldu

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Bakıda amputant futbolu üzrə Millətlər Liqasında C qrupuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Bayıl Arena”da təşkil olunan turnirin son günündə 3 oyun keçirilib.

Azərbaycan millisi iki matça çıxıb. İlk görüşdə Niderland üzərində qələbə qazanan komandamız son qarşılaşmasında Ukrayna yığmasına məğlub olub.

Beləliklə, 9 xalla turnirin qalibi olan Ukrayna seçməsi Millətlər Liqasının B qrupuna yüksəlib. Sonuncu yerdə qərarlaşan Belçika isə D qrupuna düşüb.

Oyunların ardından mükafatlandırma mərasimi keçirilib. Üçüncü yeri tutan Azərbaycan millisi bürünc, ikinci yerdə qərarlaşan İsrail gümüş, çempion Ukrayna yığması isə qızıl medal və kubokla mükafatlandırılıb.

Bundan əlavə, Eddi Neqqers (Niderland) turnirin ən yaxşı qapıçısı, Dmitri Şkexelski (Ukrayna) ən yaxşı gənc oyunçusu, Sənan Hacıyev (Azərbaycan) ən yaxşı futbolçusu seçilib. 3 qola imza atan Ben Maman (İsrail) isə C qrupunun bombardiri olub.

Mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak və bu qurumun İcraiyyə Komitəsinin üzvləri təqdim ediblər.

Son günün nəticələrini və turnir cədvəlini nəzərinizə çatdırırıq:

Azərbaycan – Niderland – 1:0
Qol: Sənan Hacıyev

Belçika – İsrail – 0:5
Qollar: Aviran Ohana (2), Ben Maman (2), Yoav Tsarfati

Azərbaycan – Ukrayna – 1:3
Qollar: Mixaylo Sokolian (avtoqol) – Hüseyn Hüseynov (avtoqol), Mikola Aleksienko, Dmitri Kuts

Yer

Komanda

O

Q

H

M

T/F

Xal

1

Ukrayna

4

3

0

1

9-4

9

2

İsrail

4

2

2

0

7-0

8

3

Azərbaycan

4

2

1

1

5-3

7

4

Niderland

4

1

1

2

6-3

4

5

Belçika

4

0

0

4

0-17

0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 Oktyabr 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri