Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha 5 oyunu keçirilib. “İmişli” “Qaradağ Lökbatan”ı 3:1, “Şahdağ Qusar” MOİK-i 9:1, “Şamaxı” “Haypers”i 5:1 hesabı ilə məğlub edib.
Bununla da “Şahdağ Qusar” “Qəbələ”yə, “İmişli” “Sabah”a rəqib olub. “Şamaxı” isə “Xankəndi” – “Gəncəbasar” cütünün qalibi ilə qarşılaşacaq.
Dünən axşam, həmçinin “Şəfa” “SOCAR Polymer Arena”da “Ağstafa Gəncləri”ni 9:2, “Kəpəz” isə Gəncə şəhər stadionunda “Baku Sportinq”i 3:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, bir gün əvvəl “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Marafon” və “Zirə” 1/8 finala vəsiqə qazanıblar. II təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ