Milli futbol kubokunda II təsnifat mərhələsi
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha 5 oyunu keçirilib. “İmişli” “Qaradağ Lökbatan”ı 3:1, “Şahdağ Qusar” MOİK-i 9:1, “Şamaxı” “Haypers”i 5:1 hesabı ilə məğlub edib.
Bununla da “Şahdağ Qusar” “Qəbələ”yə, “İmişli” “Sabah”a rəqib olub. “Şamaxı” isə “Xankəndi” – “Gəncəbasar” cütünün qalibi ilə qarşılaşacaq.
Dünən axşam, həmçinin “Şəfa” “SOCAR Polymer Arena”da “Ağstafa Gəncləri”ni 9:2, “Kəpəz” isə Gəncə şəhər stadionunda “Baku Sportinq”i 3:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, bir gün əvvəl “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Marafon” və “Zirə” 1/8 finala vəsiqə qazanıblar. II təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:“Bizon Azərbaycan Kuboku”: II təsnifat mərhələsi
28 Oktyabr 2025 08:02
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunlarının hakimləri açıqlanıb
27 Oktyabr 2025 11:47
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb
17 Oktyabr 2026 16:34
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
22 İyul 2026 00:04
Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinə yekun vuruldu
29 Oktyabr 2026 18:03
Baxış sayı:176
Bu xəbər 29 Oktyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















