Milli Hökumət dövrü Həsən Həsənovun xatirələrində Rəhim Əliyev yazır | Icma.az
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Həsən Məmməd oğlu Həsənov 1945-1946-cı illərdə Cənubi Azərbaycanda qurulmuş Muxtar Milli Hökumətin əsas qurucu və rəhbərlərindən biri olub.
O, İ.Stalin, M.C.Bağırov, Mirzə İbrahimov, M.C.Pişəvəri kimi şəxsiyyətlərlə yanaşı, Cənubdakı Milli hərəkatın yaranmasını və gedişini planlaşdırıb icra etmiş, əsas sənədlərini hazırlamış aparıcı tarixi şəxsiyyətlərdən biri olmuşdu.
Təəssüf ki, bizim tarixşünaslıqda onun bu fəaliyyətləri az işıqlanır.
Milli Hökumət dövrü hadisələrindən 80 il ötür, bu ilin sonunda bu şərəfli yubileyi qeyd edəcəyik.
Sovet vaxtı Milli Hökumət haqda yazmaq qadağan edilmiş və bu mövzuya senzura qoyulmuşdu. Bunun iki səbəbi vardı.
Birinci, Milli Hökumət Moskvadan idarə olunan dünya Kommunist hərəkatının qanlı və uğursuz səhifəsi idi, onu xatırlamaq bu hərəkatı gözdən sala bilərdi.
İkinci, 1946-cı ilin 12 dekabrında Culfadan Sovet-İran sərhədini keçən 167 əsas hərəkat fəalı SSRİDTK-sının Birinci Kəşfiyyat idarəsinin kurasiyasına verildi, hərbi intizam qaydasında Milli Hökumətin tarixi məxfi elan edildi.
Tam oxu
Xəbəri oxu