Icma.az
close
up
RU
Milli Hökumət dövrü Həsən Həsənovun xatirələrində Rəhim Əliyev yazır

Milli Hökumət dövrü Həsən Həsənovun xatirələrində Rəhim Əliyev yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həsən Məmməd oğlu Həsənov 1945-1946-cı illərdə Cənubi Azərbaycanda qurulmuş Muxtar Milli Hökumətin əsas qurucu və rəhbərlərindən biri olub. O, İ.Stalin, M.C.Bağırov, Mirzə İbrahimov, M.C.Pişəvəri kimi şəxsiyyətlərlə yanaşı, Cənubdakı Milli hərəkatın yaranmasını və gedişini planlaşdırıb icra etmiş, əsas sənədlərini hazırlamış aparıcı tarixi şəxsiyyətlərdən biri olmuşdu. Təəssüf ki, bizim tarixşünaslıqda onun bu fəaliyyətləri az işıqlanır.

Milli Hökumət dövrü hadisələrindən 80 il ötür, bu ilin sonunda bu şərəfli yubileyi qeyd edəcəyik. Sovet vaxtı Milli Hökumət haqda yazmaq qadağan edilmiş və bu mövzuya senzura qoyulmuşdu. Bunun iki səbəbi vardı. Birinci, Milli Hökumət Moskvadan idarə olunan dünya Kommunist hərəkatının qanlı və uğursuz səhifəsi idi, onu xatırlamaq bu hərəkatı gözdən sala bilərdi. İkinci, 1946-cı ilin 12 dekabrında Culfadan Sovet-İran sərhədini keçən 167 əsas hərəkat fəalı SSRİDTK-sının Birinci Kəşfiyyat idarəsinin kurasiyasına verildi, hərbi intizam qaydasında Milli Hökumətin tarixi məxfi elan edildi. Yalnız İran Xalq (Kommunist) partiyasının tarixi barədə yazmağa və danışmağa icazə verildi, o da xüsusi səlahiyyəti olan adamlara. Azərbaycan Demokrat Firqəsi isə mühacir təşkilatı kimi Bakıda yarımleqal şəkildə fəaliyyət göstərdi. Moskva onlara sovet vətəndaşlığı vermədi. Çünki onlar İran Kommunist partiyasının qurultaylarında İran vətəndaşı kimi, Azərbaycan və Moskva Kommunist qurultaylarında Azərbaycan vətəndaşı kimi lazımlı idilər.

SSRİ dağılandan sonra Milli Hökumət mövzusu leqallaşdı. Məlum oldu ki, hərəkatın təşkili və idarə olunması barədə ən əsas sənədlər Azərbaycanda da qalıbdır, xüsusilə bizim milli düşüncə tariximiz üçün misilsiz xidmətləri olmuş adamlar haqqında. Azərbaycandan kimlər bu hərəkatda iştirak edib və necə iştirak edib? Etiraf etməliyik ki, İkinci Dünya müharibəsindən sonra Sovet Azərbaycanındakı misilsiz milli şüur yüksəlişi Milli Hökumət hadisələrindən gəlirdi.

Milli Hökumət dövrü haqda sənədlərin birinci əsas qismi M.C.Bağırovun arxivinə aiddir. O, Moskva Siyasi Bürosunun və İ.Stalinin rəsmi qərarı ilə Milli Hökumət layihəsinin Bakıda oturan kuratoru təyin olunmuşdu. Üstəlik, hərəkatın operativ idarəçiliyi coğrafi yaxınlığa görə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən həyata keçirilirdi. Hərəkatla bağlı Moskvadan Azərbaycan DTK-sına gələn xırda sənədlərin belə bir surəti M.C.Bağırovun stolunun üstünə gəlirdi. M.C.Bağırov onlara baxandan sonra onlar Azərbaycan K(b)P MK-nın Məxfi şöbəsinə, oradakı müvafiq qovluqlara gedirdi. Ruslar 1991-ci ildə SSRİ DTK-sı arxivinin Azərbaycan filialını tələsik Moskvaya daşıyanda Bakı MK-sının məxfi arxivi yada düşmədi və Bakıda qaldı. Bu, xəzinə idi. Əbülfəz Əliyev (Elçibəy - red.) prezident olanda tarixçi Cəmil Həsənli onun müşaviri idi. Azərbaycan KP MK-nın Məxfi Şöbəsinin arxivindəki hərəkatla bağlı qovluqlardan biri onun əlinə keçdi. Həmin qovluqlar əsasında onun hərəkat barədə birinci kitabı (Həsənli Cəmil, Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında, Bakı, 1998) çıxdı. Bu kitab Azərbaycanda Milli Hökuməti öyrənmək sahəsində çevriliş yaratdı.

Milli Hökumət dövrü haqda yerli mənbələrin ikinci qismi 2004-cü ildə ortaya çıxdı. Bu da Həsən Məmməd oğlu Həsənovun 100 illik yubileyinin (1904-1977) onun böyük oğlu Arif Həsən oğlu Həsənov tərəfindən qeyd edilməsi təşəbbüsü kimi. Həmin ildə Arif Həsənov (1939-2008) AMEA-nın müxbir üzvü, Akademiya nəzdindəki Seysmologiya Mərkəzinin direktoru idi. O, əvvəlcə atasının 1974-cü ildə rusca yazdığı "Avtobioqrafik memuar"ını ana dilinə tərcümə etdirib "Ləyaqətli şəxsiyyət" adlı kitabda (Ləyaqətli şəxsiyyət. Görkəmli dövlət xadimi, diplomat, tarixçi alım Həsən Həsənovun ömür yolu, Bakı, Elm, 2004, 350 s.) çap etdirdi. Kitabın ruscadan tərcüməçisi göstərilmir. Onun əsas məzmunu sözügedən xatirələr olduğu halda, kitaba Həsən Həsənov haqda müasirlərinin xatirələri də əlavə edilib. Bu, kitabın təyinatından yayındırır oxucunu. Amma şübhəsiz ki, Həsən Həsənovun "Avtobioqrafik memuar"ı Azərbaycanın M.C.Bağırov dövrü (1934-1954) və Milli Hökumət hadisələri tarixini əks edən ən obyektiv və qiymətsiz mənbələrdən biridir. Arif Həsənov haqlı olaraq yazır ki, atam bunu "çap üçün yazmadı, amma yazmaya da bilmədi". Təəssüf ki, xatirələrin bəzi hissələri tarixi elmiliklə deyil, sərbəst və ixtisarla tərcümə edilib. Buna görə abidənin orijinalda və ana dilində yeni akademik nəşrinə ehtiyac var. Quruluşda bu memuar avtobioqrafik romana çox yaxındır.

Bu kitabdan üç il sonra, 2007-ci ildə Arif Həsənov atasının daha bir memuarını nəşr etdirdi. "İran gündəliyi" adlanan (Qasan Mamed oqlı Qasanov, İranskiy dnevnik, (1944-1946). Baku, Glm, 2007) bu əsərin tarixçəsi unikaldır. 1945-1946-cı illərin hərəkat hadisələrində Həsən Həsənovun gündəlik iştirakının günbəgün xronikası olan bu gündəliklər Milli Hökumət ərəfəsində və o qurulandan dağılanacan azərbaycanlı iştirakçıların mövqeyi və qarşılıqlı münasibətləri haqqında ən obyektiv və etibarlı mənbədir. Yəni hərəkatın Azərbaycan şüuru üçün ən maraqlı və qiymətli mənzərəsi bu kitabdadır. Həsən Həsənov bu hadisələrdə məxfi şəkildə iştirak edirdi, ona görə bu qeydləri yazması, əslində, bütün məxfilik protokollarını pozurdu. Lakin məhz bu "pozuntu" nəticəsində bu gün Azərbaycan xalqı Milli Hökumətin nə olduğunu, kimlər tərəfindən yaradılıb necə idarə olunduğunu bilir.

Həsən Həsənov 1960-cı ilin dekabrında Moskvada, Marksizm-Leninizm institutunda "Cənubi Azərbaycanda milli demokratik hərəkat (1945-1946-cı illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, bundan əvvəl Bakıda bu mövzuda balaca kitabçası və məqalələri də çıxıb. 2004-cü ildə bu dissertasiyanın doktorluq işi kimi işlənmiş geniş variantı müəllifin 100 illik yubileyi münasibətilə ana dilinə tərcümə olunaraq Bakıda ixtisarla çap olunub (Həsən Həsənov, Cənubi Azərbaycanda milli demokratik hərəkat (1945-1946-cı illər), Bakı, Elm, 2004, 204 s.). Bu, artıq Milli Hökumət quruculuğunu İran Kommunist partiyasının tarixi baxımından işıqlandıran beynəlmiləlçi baxışlı bir əsərdir. Lakin əsər göstərir ki, H.Həsənov elmi işçi kimi çalışdığı 1962-ci ildən sonrakı bütün ömrünü Milli Hökumət dövrü və xalqımızın İrandakı milli-demokratik hərəkatını araşdırmağa həsr etmişdi.

Lakin H.Həsənovun ən qiymətli əsəri "İran gündəlikləri"dir. Mən bu gündəlikləri elmi dövriyyəyə gətirən ilk araşdırıcılardan olmuşam. 2009-2010-cu illərdə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işləyəndə Milli Hökumət dövrü hadisələrini özüm üçün aydınlatmaq qərarına gəldim. Kitabı mənə "Elm" nəşriyyatının direktoru, unudulmaz dostum Şirindil Alışanlı verdi, dedi ki, Arif Həsənov bu kitaba görə nəşriyyata 15 milyon pul köçürüb. Mən kitabı oxuyub dəhşətə gəldim: ona qədər Milli Hökumət dövrü haqda rusca və ana dilində oxuduqlarım hadisələrin 10-15 faizini əks edirdi, qalanı gizlədilmişdi xalqımızdan. Mən 2013-cü ildə çıxan İranda Milli hərəkata aid kitabımda (Əliyev Rəhim, Cənubi Azərbaycanda milli hərəkat 1945-1946., Bakı, Mütərcim, 2013.) bu kitabdakı bəzi həqiqətləri yazdım. Məlum oldu ki, Milli Hökumət qurulandan bir ay sonra Moskva onun rəhbərləri M.C.Pişəvərinin, məxfi "Üçlüy"ün arxasında Tehranla gizli alverə başlayıblar. 1946-cı ilin martından İ.Stalin İrana yeni səfir göndərib, Milli Hökumətin ləğv edilməsi ilə məşğul olub 11 dekabra qədər, M.C.Bağırov isə bunun icraçısı olub. "Gündəliklər"də Moskvanın Milli Hökumət qurucularına qarşı daha iki xəyanət faktı üzə çıxdı. "Üçlük"dən Moskva tələb etdi ki, M.C.Pişəvəri və Kürd Demokrat partiyası gələcəkdə İrandan ayrılmaq istəyib-istəmədiyi barədə arayışlar versinlər. Arayış tələbi xalis provokatorluq və xəyanət idi hər iki partiyaya qarşı. Onların dünyaya elan edilmiş proqramlarında İran tərkibində Muxtariyyət istəyindən söhbət gedirdi. İkinci, İran Baş naziri Əhməd Qəvvamın 17 fevralda başlayan Moskva səfəri haqda sovet rəsmi xəbərlərində Milli Hökumətin adı belə yox idi, ancaq İranın şimali qərbində birgə neft çıxarılacağından söhbət gedirdi. Bu iki hadisə ortaya çıxandan sonra ADF rəhbərlərində Milli Hökumətin ləğv ediləcəyi barədə qənaət yarandı. Amma Milli Hökumət də M.C.Pişəvərinin dəmir iradəsi və müdrikliyi sayəsində doqquz ay yaşadı.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see139

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see137

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see128

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see126

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see123

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see122

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see122

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see121

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see120

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see120

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see119

Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

05 Sentyabr 2025 07:02see119

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see119

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see119

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see116

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see116

Bayden yenə xərçəngdən əməliyyat olundu

05 Sentyabr 2025 05:33see114

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri