Icma.az bildirir, 525.az portalına istinadən. Rəhim ƏLİYEV(Əvvəli ötən sayımızda) 1944-cü ilin yayında SSRİ Neft Sənayesi Nazirliyinin böyük
Nümayəndə heyətinin başçısı Sergey Kavtaradze formal olaraq SSRİ Neft komissarının müavini idi.
Amma Həsən Həsənovun 1944-cü ilin çevriliş planına hazırlıq barədə xəsis qeydlərindən görünür ki, bu şəxs Moskvada stajirovka keçən azərbaycanlı kadrlara orada operativ rəhbərlik etmişdi.
Memuarında H.Həsənov yazır: "Bizimlə hər zaman nazir müavini Kavtaradze məşğul olurdu.
Molotovla olan görüş, onun bizim qarşımızda qoyduğu məsələlər haqda artıq yazmışam" (Ləyaqətli şəxsiyyət., s.168).
İlk baxışda adi detallardır, amma əslində, İranda Kommunist çevrilişi planına Moskvada necə geniş və detallı hazırlıq aparıldığını göstərən faktdır.
S.Kavtaradze həm də SSRİ məxfi orqanlarının zabiti olub. Həsən Həsənov yazır ki, əvvəlcə 1944-cü ildə İrana gedəcək Azərbaycan kommunist kad
Mənbələrdən görünür ki, 1944-cü ilin çevriliş cəhdi zamanı o da İranda olmuşdu, lakin Cənubi Azərbaycanda yox, Tehranda fəaliyyət göstərmiş