Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Milli Hökumət dövrü Həsən Həsənovun xatirələrində Rəhim Əliyev yazır

Milli Hökumət dövrü Həsən Həsənovun xatirələrində Rəhim Əliyev yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Rəhim ƏLİYEV

(Əvvəli ötən sayımızda)

1944-cü ilin yayında SSRİ Neft Sənayesi Nazirliyinin böyük nümayəndə heyəti də Tehranda idi və birgə neft çıxarmaq barədə İran hökuməti ilə danışıqlar aparırdı. Nümayəndə heyətinin başçısı Sergey Kavtaradze formal olaraq SSRİ Neft komissarının müavini idi. Amma Həsən Həsənovun 1944-cü ilin çevriliş planına hazırlıq barədə xəsis qeydlərindən görünür ki, bu şəxs Moskvada stajirovka keçən azərbaycanlı kadrlara orada operativ rəhbərlik etmişdi. Memuarında H.Həsənov yazır: "Bizimlə hər zaman nazir müavini Kavtaradze məşğul olurdu. Molotovla olan görüş, onun bizim qarşımızda qoyduğu məsələlər haqda artıq yazmışam" (Ləyaqətli şəxsiyyət.,  s.168). İlk baxışda adi detallardır, amma əslində, İranda Kommunist çevrilişi planına Moskvada necə geniş və detallı hazırlıq aparıldığını göstərən faktdır. S.Kavtaradze həm də SSRİ məxfi orqanlarının zabiti olub.

Həsən Həsənov yazır ki, əvvəlcə 1944-cü ildə İrana gedəcək Azərbaycan kommunist kadrların rəhbəri kimi Əhəd Yaqubov (1908-1979) nəzərdə tutulurdu. Mənbələrdən görünür ki, 1944-cü ilin çevriliş cəhdi zamanı o da İranda olmuşdu, lakin Cənubi Azərbaycanda yox, Tehranda fəaliyyət göstərmiş və Tehranda Sovet vitse-konsulu statusu daşımışdı. Bu status Əhəd Yaqubova da diplomatik toxunulmazlıq immuniteti verirdi və onun hadisələrdə ciddi vəzifələr icra etdiyini göstərir. Güman ki, o, Azərbaycandan getmiş digər kommunist rezidenturaya rəhbərlik etmişdi və Həsən Həsənovun bundan xəbəri olmaya bilərdi. O, ixtisasca geoloq, elmlər doktoru, Azərbaycan EA-nın akademiki (1947) olub.

1944-cü ilin 29 avqustunda İran hökuməti uzun müzakirələrdən sonra Sovetlərlə neft anlaşmasından birmənalı imtina etdi. Həmin gündən şaha sadiq olan İran hökumətini bütün vasitələrlə devirmək barədə Moskvadan göstəriş gəldi (Həsənli Cəmil., Güney Azərbaycan: tarixin yol ayrıcında., Bakı, Qanun, s. 150.) Lakin neft layihəsi, bizcə, pərdə idi, onun cavabı müsbət olsaydı belə, İ.Stalinin İranda çevriliş planı icra ediləcəkdi. Çünki onun həyata keçirilməsinə külli miqdar maddi vəsait sərf edilmişdi.

İ.Stalinin İranda 1944-cü ilin sentyabr-noyabr kommunist çevrilişi bir çox səbəblərdən baş tutmadı. Yanvarda Bakıdan getmiş dəstə və Azərbaycan Kommunist təşkilatının üçüncü katibi H.Həsənov Bakıya qayıdıb, oradakı uğursuzluğa görə vəzifəsindən azad edilib və təbliğat üzrə adi katib vəzifəsinə endirilib. Tarixşünaslara az-çox məlum olan bu hadisələr, əslində, Milli Hökumət layihəsinin müqəddiməsi və əsas səbəblərindən idi. Sovet vaxtı bu giriş hissə gizlədilir, bununla da SSRİ-nin xarici siyasəti planlarından kənar hadisələr kimi təqdim olunurdu. Amma SSRİ dağılandan sonra Rusiya tarixçiləri özləri İ.Stalinə ittiham yönündə bu məsələni açdılar. Azərbaycanda isə bu məsələləri hələ 1974-cü ildə Həsən Həsənovun memuarları işıqlandırmışdı. İndi SSRİ yoxdur, Azərbaycan Kommunist təşkilatının 1941-1946-cı illərdə İrandakı demokratik Milli hərəkatda iştirakı tam şəkildə tarix və dərsliklərimizdə əks olunmalıdır. Azadlıq - həqiqəti bilməkdən başlayır. Keçmişi düz anlamaq gələcəyə nəzarət etməkdir. Keçmiş haqda yalan versiyalar gələcəyə yol axtaranları azdırmağa xidmət edir.

lll

İndi keçək Həsən Həsənovun İranda məxfi fəaliyyətinin ikinci mərhələsinə. Bu mərhələ, əslində, 1944-cü ilin payızında antişah çevrilişin iflasına görə İ.Stalinin qisas almaq cəhdi idi. Memuarından görünür ki, antişah kommunist qiyamçılar İrandan əliboş qayıdandan sonra İ.Stalin 1945-ci ilin birinci yarısında İrandakı uğursuzluğun səbəblərinin təhlili ilə məşğul olub. 1944-cü ilin payızındakı hadisələrdə İştirak edənlərin hamısından uğursuzluğun səbəbləri haqda izahedici arayışlar tələb edilib. Həsən Həsənov da Azərbaycan qrupunun rəhbəri kimi böyük arayış yazıb yanvar-fevral aylarında və bu sənəd üzərində işini xüsusi həvəslə işıqlandırır. Uğursuzluğun əsas səbəbi kimi "Tehranın qətiyyətsiziyi"ni göstərir, yəni İran Kommunist partiyası rəhbərlərinin zəifliyini.

Belə arayışlardan birini də Moskva üçün Mirzə İbrahimov yazmışdı və bu barədə Yasif Nəsirlinin xatirələrində (Müasirləri Mirzə İbrahimov haqda., xatirələr toplusu, Bakı, Elm,2008, s.179-191) üstüörtülü şəkildə söhbət gedir. Xatirədə bu arayış məktub adlandırılır, lakin onun haqqında ədibin bioqrafiyasının mühüm faktı kimi bəhs edilməsi göstərir ki, çox mühüm tarixi sənəddən söhbət gedir. Bu arayışda Mirzə İbrahimov bildirir ki, İranda şah rejimini azərbaycanlıların milli demokratik hərəkatı aradan götürə bilər. Bu təklif İ.Stalinin xoşuna gəldi, birinci ona görə ki, İrandakı Qızıl Ordu və İran Kommunist partiyası üzərindən İrandakı çevriliş şübhələrini götürürdü. İkincisi, bütün Asiya və Afrika ölkələrində Milli azadlıq hərəkatları bir adilik idi İkinci Dünya savaşı dövründə.

1944-cü ildə İ.Stalinin siyasi iradəsi keçmədi İranda, halbuki bu ölkə onun ən yaxşı bələd olduğu bir yer idi və o özü də belə hesab edirdi. Ona görə İ.Stalin İranda revanş almaq barədə qəti qərara gəldi. İranda separatçı Azərbaycan və Kürdüstan Demokrat partiyalarının yaranması qərarı bu revanşın əsas aləti seçildi. Rusiya K(b)P MK-nın bu barədə Qərarının adında hələ "və digər yerlərdə" ifadəsi var idi.

Lakin 1945-ci ilin iyul-avqustunda Cənubi Azərbaycanda tələsik yaradılan yeni hərəkatın rəhbəri Həsən Həsənov olmadı. Məlum olduğu kimi, Təbrizə göndərilən "Üçlüy"ün rəhbəri Mirzə İbrahimov oldu. Bu onunla izah oluna bilər ki, İranda separatçı kommunist partiyaları yaratmaq təklifi ondan gəlmişdi və Moskvada bəyənilmişdi. Milli Hökumətin və ADF-nin leqal qurucusu və təşkilatçısı Mir Cəfər Pişəvəri təyin olunmuşdu. Lakin rəsmən o "Üçlüy"ün üzvü olmadı, amma Milli Hökumət qurucularından yalnız ona məxfi "Üçlüy"ün iclaslarında iştirak etmək hüququ verildi. Lakin Həsən Həsənovda kənarda qalmadı, "Üçlüy"ün üzvü təyin olundu, amma bu dəfə Kürdüstan Demokrat Firqəsinin kuratoru kimi. Bu da anlaşılan təyinat idi: o, Kürdüstan qəzasında doğulub böyümüşdü. "Üçlüy"ün sonuncu üzvü çekist general Ağasəlim Atakişiyev təyin olundu. Maraqlıdır ki, o, Azərbaycan Dövlət Təhlükəsizliyi komissarının müavini idi. Beləliklə, yeni hərəkatın tam milli və separatçı xarakterinə uyğun şaquli rəhbərlik pilləkəni yarandı. Ümumi siyasi rəhbər M.C.Bağırov, Təbrizdə siyasi rəhbər Mirzə İbrahimov, icraçı M.C.Pişəvəri təyin olundu. Üstəlik, hərəkatın gedişində onun xalis Azərbaycan hadisəsi kimi qəbul edilməsi üçün hər şey edilirdi. Bu niyyət baş tutdu: dünya mətbuatı hadisələri Azərbaycan məsələsi kimi işıqlandırdı. Lakin iştirakçıların hər birinin səlahiyyətləri Moskvada rəsmi qərarlar şəklində təsdiq olunurdu, o sıradan Mir Cəfər Bağırovun ümumi rəhbərlik səlahiyyəti. 1944-cü ildəki hadisələrdən fərqli olaraq SSRİ Xarici işlər Komissarlığı və İran Kommunist partiyası, Tehrandakı sovet səfiri bu işlərdə birbaşa iştirak etmirdi. Onlar və Ermənistanın İrandakı nümayəndələri hərəkat barədə müxalif mövqedən çıxışlar edirdi. Lakin İran erməniləri ADF-nin fəaliyyətində iştirak edirdilər və bunu da Moskvanın müsəlmanları nəzarətdə saxlamaq siyasətinin tərkib hissəsi saymalıyıq. Moskvadan hərəkatın baş kuratoru İ.Stalin özü idi. Ona görə Azərbaycan məsələsinin dünya və BMT səviyyəsinə çıxmağına görə ona minnətdar olmalıyıq. Nə o, nədə L.Beriya bizə qarşı heç zaman mənfi mövqedə olmayıb.

Əsas iştirakçılar, o sıradan "Üçlüy"ün üzvləri gündəlik olaraq olayları, iştirakçıların dialoqlarını sözbəsöz yazıb ayrı-ayrılıqda M.C.Bağırova yollayırdılar. O da bu arayışları səliqəyə salıb özünün və bəzən Azərbaycan DT komissarı Krasilnikovun qoşa imzası ilə İ.Stalinə yollayırdı. Rəhbər də bunların hamısını hövsələ ilə oxuyurdu.

Bəzən tarixçilər "Üçlüy"ün 1944-cü ildən işlədiyin göstərirlər. H.Həsənovun memuardakı bəzi qeydləri bunu təkzib edir. Məlumdur ki, ADF-nin I qurultayı 1945-ci il oktyabrın 2-4-də keçirilib. H.Həsənov memuarda Mirzə İbrahimovla birgə qeyri-leqal şəkildə qurultaya getmələrini, azıb Təbriz əvəzinə Xoya gedib çıxmalarını təsvir edir. Bu təsvirlərdən görünür ki, onlar qurultaya qədər hələ Təbrizdə yaşamırdılar. Halbuki "Üçlük" Təbrizdə olanda onların şəhərə yaxın Marai qəsəbəsində iqamətgahları vardı və daimi şəhərdə yaşayırdılar. "Üçlük" oktyabrın əvvəllərində rəsmən təsis olunub. H.Həsənov ADF-nin I qurultayı barədə M.C.Bağırova məruzə etdiyini yazandan sonra qeyd edir ki, "o, qurultayın işini bəyəndi və bizə dedi, yığışın və Təbrizə gedin. Biz orada Pişəvəriyə və onun dostlarına məsləhət verməliyik. Biz az bir vaxtda getməyə hazırlaşdıq. Mən iki maşınımızı da - Vandar və MKU-nu da götürdüm. İrana gedənə qədər mən bütün işləri Kirsanova tapşırdım... Mirzə İbrahimov Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Maarif komissari vəzifəsində işləyirdi, mənsə AK(b)PMK-nın katibi idim" (Ləyaqətli şəxsiyyət.,s. 176).

Bu qeydlərdən görünür ki, "Üçlüy"ün üzvlərinin Təbrizdə xidməti maşınları olub və bu maşınlar Təbrizə ancaq I qurultaydan sonra aparılıb.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri