Milli kimliyimizin formalaşmasına aparan yolun başlanğıcı ŞƏRH | Icma.az
Icma.az, Ses qazeti saytına istinadən bildirir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, xalqımıza qarşı terror aktı törədilən gün və fa
Həmin gün eyni zamanda tariximizin şərəfli səhifələrindən biridir.
Əslində erməni xislətli Mixayıl Qorbaçovun göstərişi ilə, həyata keçirilən bu hərbi əməliyyat xalqın milli azadlıq hərəkatını boğmaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz edən Azərbaycanı cəzalandırmaq məqsədilə törədilmişdir.
Lakin xalqımızın milli azadlıq hisslərini boğmağa yönəlmiş, məqsədli şəkildə törədilən Qanlı Yanvar hadisələri xalqın iradəsini qıra bilmədi.
Əksinə xalqın azadlıq eşqini alovlandırdı, millətin özünüdərk prosesini sürətləndirərək milli kimliyimizin formalaşmasına öz təsirini göstərdi.
Mənfur Sovet ordusu Bakıda və digər şəhərlərimizdə yüzlərlə həmvətənimizi amansız şəkildə qətlə yetirdi.
Həmin vaxt heç bir əsas olmadan, qanunazidd şəkildə tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmiş, fövqəladə vəziyyətin yanvarın 20-də saat 24-00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridilmişdir.
Ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdir.
Tam oxu
Xəbəri oxu