Icma.az
close
up
RU
Milli kimliyimizin formalaşmasına aparan yolun başlanğıcı ŞƏRH

Milli kimliyimizin formalaşmasına aparan yolun başlanğıcı ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, xalqımıza qarşı terror aktı törədilən gün və faciə olmaqla yanaşı, milli kimliyimizin formalaşmasına aparan yolun başlanğıcı oldu. Həmin gün eyni zamanda tariximizin şərəfli səhifələrindən biridir. Əslində erməni xislətli Mixayıl Qorbaçovun göstərişi ilə, həyata keçirilən bu hərbi əməliyyat xalqın milli azadlıq hərəkatını boğmaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz edən Azərbaycanı cəzalandırmaq məqsədilə törədilmişdir.

Lakin xalqımızın milli azadlıq hisslərini boğmağa yönəlmiş, məqsədli şəkildə törədilən Qanlı Yanvar hadisələri xalqın iradəsini qıra bilmədi. Əksinə xalqın azadlıq eşqini alovlandırdı, millətin özünüdərk prosesini sürətləndirərək milli kimliyimizin formalaşmasına öz təsirini göstərdi.

Mənfur Sovet ordusu Bakıda və digər şəhərlərimizdə yüzlərlə həmvətənimizi amansız şəkildə qətlə yetirdi. Həmin vaxt heç bir əsas olmadan, qanunazidd şəkildə tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmiş, fövqəladə vəziyyətin yanvarın 20-də saat 24-00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridilmişdir. Ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdir.

Bu hadisə nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, Kremlin qəzəbindən qorxan yerli hakimiyyət orqanları xalqın milli faciəsinə laqeyd münasibət göstərərək baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verdi.

O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı terror aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən Ümummilli Lider Heydər Əliyev oldu. Vəziyyətin ağır olduğu həmin günlər heç bir vəzifə səlahiyyəti olmayan, ancaq ürəyi xalqı ilə döyünən Ümummilli Lider Heydər Əliyev SSRİ xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında olmasına, özünün və ailə üzvlərinin həyatına ciddi təhlükələrə baxmayaraq, 1990-cı ilin yanvar ayının 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək sovet və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi və Bakıdakı qırğın haqqında informasiya blokadasını yaran ilk şəxs oldu. O həm də erməni təbliğatını fiaskoya uğratdı. Bu hadisə, ölkəsinin və xalqının taleyini öz həyatından üstün tutan əsl siyasi liderin göstərdiyi böyük cəsarət örnəyidir. Ulu Öndər bunu canından çox sevdiyi Azərbaycan üçün, onun müstəqilliyi və gələcəyi üçün etdi.

Heydər Əliyev vətəndaş qeyrəti və vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiya prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi.

1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etmək üçün yaratdığı komissiyanın da işi başa çatdırılmamış qaldı. Yalnız 1990-cı ilin noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri bu faciə ilə bağlı əsil həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. 1994-cü ilin mart ayının 29-da Respublika parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gucləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu Öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu Öndər 31 mart 1998-ci il tarixdə “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzaladı. 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində həlak olanlara “20 Yanvar şəhidi” fəxri adı verildi. Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.

Prezident İlham Əliyev azadlıq qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar verib. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Ümumiyyətlə Azərbaycanın tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə çatmasında Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin yüksək və əvəzsiz xidmətləri danılmazdır. Azərbaycanın vətənpərvərlik eşqinə və qəhrəmanlıq tarixinə nümunə olan 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmaq, onları hörmət və ehtiramla yad etmək hər birimizin borcudur. Ona görə ki, hazırki azadlığımız, müstəqilliyimiz və Zəfərimiz naminə ilk canlarını qurban verən 20 Yanvar şəhidləridir. 30 il sonra 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər isə 20 Yanvar faciəsinin açdığı yaraya məlhəm oldu.

Qeyd edək ki, 20 yanvar 1990-cı il milli kimliyimizin formalaşmasına aparan yolun başlanğıcı oldu və bu gün qüruruyuq ki, torpaqlarımız azad, şəhidlərimizin ruhları şaddır!.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri