Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub

02.08.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Kitabxanada “2 Avqust – Azərbaycan Kinosu Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

525.az-a Kitabxanadan bildiriblər ki, sərgilərdə Azərbaycan kino sənəti tarixi, kino salnaməsi, kino və teatr sahəsində bəstəkar və rejissorun yaradıcılıq işi, adları milli mədəniyyət tariximizə qızıl hərflərlə yazılmış kinomuzun təşəkkül tapmasında müstəsna xidmətləri olan sənətkarlarının, aktyorların, rejissorların, kinematoqrafçıların həyatı və yaradıcılığı haqqında və s. monoqrafiyalar, dərsliklər, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью