Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Kitabxanada “2 Avqust – Azərbaycan Kinosu Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
525.az-a Kitabxanadan bildiriblər ki, sərgilərdə Azərbaycan kino sənəti tarixi, kino salnaməsi, kino və teatr sahəsində bəstəkar və rejissorun yaradıcılıq işi, adları milli mədəniyyət tariximizə qızıl hərflərlə yazılmış kinomuzun təşəkkül tapmasında müstəsna xidmətləri olan sənətkarlarının, aktyorların, rejissorların, kinematoqrafçıların həyatı və yaradıcılığı haqqında və s. monoqrafiyalar, dərsliklər, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 02 Avqust 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















