Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 27 may, AZƏRTAC Milli Kitabxanada 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir və elek
Bu dövrdə elm, təhsil, dövlətçilik və bir çox sahələrdə ciddi addımlar atılıb, eləcə də bu gün fəaliyyət göstərən Azərbaycan Milli Kitabxana
Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub.
Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda dalğalanır.Bu gün Milli Kitabxananın da Azərbaycanın reallıqlarının dünyada təbliği istiqamətində öz üzərinə düşən məsələləri yerinə yetirirdiyini söyləyən direktor elektron məlumat bazalarının hazırlanması və 3 dildə dünyaya yayınlanmasının bu istiqamətdə atılan vacib adımlardan biri olduğunu vurğulayıb.Milli Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova 2021-ci ildə kitabxanada “Qarabağa kitabla gedək” layihəsi həyata keçirildiyini söyləyərək Ağdam, Laçında və Xankəndində qurulan yeni kitabxanaların kitabla təmin olunduğunu bildirib.Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən bu münasibətlə hazırlanan “28 May - Müstəqillik Günü” adlı elektron məlumat bazasının təqdimatı olub.Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Cumhuriyyet/ linkindən istifadə edə bilərlər.Sonda iştirakçılar bu tarixi və əlamətdar günlə əlaqədar hazırlanan “28 May - Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.