Icma.az
close
up
RU
Milli Kitabxanada Müstəqillik Gününə həsr olunmuş elektron məlumat bazası təqdim edilib

Milli Kitabxanada Müstəqillik Gününə həsr olunmuş elektron məlumat bazası təqdim edilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Milli Kitabxanada 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir və elektron məlumat bazasının təqdimatı keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız müsəlman şərqində deyil bütün dünyada demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib və bir çox ilklərə imza atıb. Bu dövrdə elm, təhsil, dövlətçilik və bir çox sahələrdə ciddi addımlar atılıb, eləcə də bu gün fəaliyyət göstərən Azərbaycan Milli Kitabxanasının özülü, yaranması haqqında ilk qərarlar da məhz onda verilib.

O bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın yenidən quraraq, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi istiqamətində ciddi addımlar atıb.

Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmlədirib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda dalğalanır.

Bu gün Milli Kitabxananın da Azərbaycanın reallıqlarının dünyada təbliği istiqamətində öz üzərinə düşən məsələləri yerinə yetirirdiyini söyləyən direktor elektron məlumat bazalarının hazırlanması və 3 dildə dünyaya yayınlanmasının bu istiqamətdə atılan vacib adımlardan biri olduğunu vurğulayıb.

Milli Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova 2021-ci ildə kitabxanada “Qarabağa kitabla gedək” layihəsi həyata keçirildiyini söyləyərək Ağdam, Laçında və Xankəndində qurulan yeni kitabxanaların kitabla təmin olunduğunu bildirib.

Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən bu münasibətlə hazırlanan “28 May - Müstəqillik Günü” adlı elektron məlumat bazasının təqdimatı olub.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Cumhuriyyet/ linkindən istifadə edə bilərlər.

Sonda iştirakçılar bu tarixi və əlamətdar günlə əlaqədar hazırlanan “28 May - Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri