Milli Kitabxanada “Xalq rəssamı Lətif Kərimov 120” adlı sərgi açılıb

17.11.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

Milli Kitabxanada “Xalq rəssamı Lətif Kərimov – 120” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə Prezident İlham Əliyevin Lətif Kərimovun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı, sənətkarın həyat və yaradıcılığını əks etdirən materiallar, əsərləri, onun haqqında nəşr olunmuş kitablar, Azərbaycan və xarici dillərdə ədəbiyyat, habelə dövri mətbuat materialları yer alıb.

Lətif Kərimov xalçaçılığın elmi əsaslarının işlənib hazırlanmasına əhəmiyyətli töhfə verərək bu sənət sahəsinin müstəqil tədqiqat istiqaməti kimi inkişafına şərait yaradıb. Onun formalaşdırdığı elmi-bədii məktəb müasir xalçaçı-rəssamlar üçün yaradıcılıq mənbəyi, tədqiqatçılar üçün isə mühüm elmi baza rolunu oynayır.

Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1949-cu ildə Stalin mükafatı, 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub, “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib. Sənətkar 1955-ci ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью