Milli Kitabxanada “Xalq rəssamı Lətif Kərimov 120” adlı sərgi açılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 17 noyabr, AZƏRTAC
Milli Kitabxanada “Xalq rəssamı Lətif Kərimov – 120” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə Prezident İlham Əliyevin Lətif Kərimovun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı, sənətkarın həyat və yaradıcılığını əks etdirən materiallar, əsərləri, onun haqqında nəşr olunmuş kitablar, Azərbaycan və xarici dillərdə ədəbiyyat, habelə dövri mətbuat materialları yer alıb.
Lətif Kərimov xalçaçılığın elmi əsaslarının işlənib hazırlanmasına əhəmiyyətli töhfə verərək bu sənət sahəsinin müstəqil tədqiqat istiqaməti kimi inkişafına şərait yaradıb. Onun formalaşdırdığı elmi-bədii məktəb müasir xalçaçı-rəssamlar üçün yaradıcılıq mənbəyi, tədqiqatçılar üçün isə mühüm elmi baza rolunu oynayır.
Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1949-cu ildə Stalin mükafatı, 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub, “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib. Sənətkar 1955-ci ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 17 Noyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















