Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatı ilə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma pley-off (1/8 final) mərhələsində Türkiyə seçməsi ilə qüvvəsini sınayıb.
İstanbuldakı “Sinan Erdem” idman kompleksində təşkil edilən görüş meydan sahiblərinin 3:0 (25:14, 25:16, 25:22) hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə voleybolçularımız turnirdəki yürüşünü yekunlaşdırıblar.
Milli komandamız Bakıdakı Milli Gimnastika Arenasında baş tutan C qrupunun oyunlarını 8 xalla 3-cü sıradakı pillədə tamamlayaraq 1/8 finala adlamışdı.