Milli komanda Avropa çempionatı ilə vidalaşdı
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatı ilə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma pley-off (1/8 final) mərhələsində Türkiyə seçməsi ilə qüvvəsini sınayıb.
İstanbuldakı “Sinan Erdem” idman kompleksində təşkil edilən görüş meydan sahiblərinin 3:0 (25:14, 25:16, 25:22) hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə voleybolçularımız turnirdəki yürüşünü yekunlaşdırıblar.
Milli komandamız Bakıdakı Milli Gimnastika Arenasında baş tutan C qrupunun oyunlarını 8 xalla 3-cü sıradakı pillədə tamamlayaraq 1/8 finala adlamışdı.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın qarışıq komandası Avropa çempionatı ilə erkən vidalaşdı FOTOLAR
27 Aprel 2025 15:58
Avropa badminton üzrə komanda çempionatı Azərbaycanda keçiriləcək
31 Dekabr 2025 19:05
Qətər dünya çempionatı ilə vidalaşdı
25 İyun 2026 01:24
Braziliya dünya çempionatı ilə vidalaşdı
06 İyul 2026 02:09
Avropa çempionatı Azərbaycanda!
08 Noyabr 2024 22:02
Baxış sayı:57
Bu xəbər 01 Sentyabr 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















