Milli Məclisdə dərmanların baha olması məsələsi qaldırıldı

17.09.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, burada əsas problem həmin xəstələrin lazımi dərmanlarla təminatındadır: “Bu dərmanları ölkəyə gətirmək çox baha başa gəlir. Ona görə də bu məsələ həllini tapmalıdır”.

Ölkədəki vərəm xəstəxanalarının və dispanserlərin vəziyyətinə toxunan deputat vurğulayıb ki, hər cür şəraiti olan vərəm dispanseri tapa bilərsən, lakin həkim yoxdur.

“Ftiziatr, rentgenoloq və bölgələrdə bu işin aparılması üçün mobil rentgen aparatı yoxdur”, - o söyləyib.

Deputat Soltan Məmmədov isə bildirib ki,  Səhiyyə Nazirliyi növbəti vərəmlə mübarizə strategiyasını hazırlayıb və təsdiq üçün hökumətə təqdim ediləcək.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью