Milli Məclisdə dərmanların baha olması məsələsi qaldırıldı
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, burada əsas problem həmin xəstələrin lazımi dərmanlarla təminatındadır: “Bu dərmanları ölkəyə gətirmək çox baha başa gəlir. Ona görə də bu məsələ həllini tapmalıdır”.
Ölkədəki vərəm xəstəxanalarının və dispanserlərin vəziyyətinə toxunan deputat vurğulayıb ki, hər cür şəraiti olan vərəm dispanseri tapa bilərsən, lakin həkim yoxdur.
“Ftiziatr, rentgenoloq və bölgələrdə bu işin aparılması üçün mobil rentgen aparatı yoxdur”, - o söyləyib.
Deputat Soltan Məmmədov isə bildirib ki, Səhiyyə Nazirliyi növbəti vərəmlə mübarizə strategiyasını hazırlayıb və təsdiq üçün hökumətə təqdim ediləcək.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 17 Sentyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















