Milli Məclisdə Gənclər Fondunun ötənilki fəaliyyəti barədə təqdimat olub | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 30-da Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib.
İclasın 2 Fevral - Gənclər Günü ərəfəsində keçirildiyini deyən komitənin sədri Şahin İsmayılov bu əlamətdar gün münasibətilə gənclərə öz təbriklərini çatdırıb, rəhbərlik etdiyi komitənin gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq etdiyini söyləyib.
O, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumunun keçirildiyini, Ümummilli Liderin müvafiq Sərəncamı ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini vurğulayıb.
Komitə sədri Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın qəbul edildiyini, Gənclər Fondunun bu istiqamətdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib.
O, gənclər siyasətinin daim dövlətimizin prioritetləri sırasında olduğunu, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı mühüm addımların atıldığını deyib.
Komitə sədri ölkəmizdə gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün yaxşı maddi-texniki bazanın mövcud olduğunu söyləyib.
Tam oxu
Xəbəri oxu