Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Milli Məclisdə Gənclər Fondunun ötənilki fəaliyyəti barədə təqdimat olub

Milli Məclisdə Gənclər Fondunun ötənilki fəaliyyəti barədə təqdimat olub

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 30-da Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib.

İclasın 2 Fevral - Gənclər Günü ərəfəsində keçirildiyini deyən komitənin sədri Şahin İsmayılov bu əlamətdar gün münasibətilə gənclərə öz təbriklərini çatdırıb, rəhbərlik etdiyi komitənin gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq etdiyini söyləyib. O, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumunun keçirildiyini, Ümummilli Liderin müvafiq Sərəncamı ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini vurğulayıb.

Komitə sədri Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın qəbul edildiyini, Gənclər Fondunun bu istiqamətdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, gənclər siyasətinin daim dövlətimizin prioritetləri sırasında olduğunu, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı mühüm addımların atıldığını deyib. Komitə sədri ölkəmizdə gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün yaxşı maddi-texniki bazanın mövcud olduğunu söyləyib. O, Azərbaycanda gənclər siyasətinin formalaşmasında Gənclər və İdman Nazirliyinin, Prezident Administrasiyasında müvafiq şöbənin, Milli Məclisdə aidiyyəti komitənin, 300-dən çox gənclər təşkilatlarının önəmli rolunu vurğulayıb.

Sonra iclasda Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilovun Fondun 2024-cü il ərzində fəaliyyətinə dair təqdimatı dinlənilib. Diqqətə çatdırılıb ki, Gənclər Fondu ötən müddət ərzində gənclərin inkişafına xidmət edən və ictimai həyatda onların fəallığını artıran layihələrə dəstək göstərib, gənclərə öz təşəbbüsləri ilə çıxış etmək, fərdi layihələri həyata keçirmək imkanı yaradıb.

Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda formalaşması, asudə vaxtının səmərəli təşkili, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, region gənclərinin ictimai fəallığının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinin vacibliyindən danışılıb, bu istiqamətdə lazımi addımların atıldığı bildirilib. Qeyd edilib ki, gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən daim dəstəklənir, ölkəmizdə həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafına, o cümlədən onların təhsil səviyyəsinin yüksəldilməsinə, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının qorunmasına xidmət edir. Yaradılan imkanlardan bəhrələnən gənclərimiz bu gün öz bilik və bacarıqlarını siyasi, sosial-ictimai, idman, mədəniyyət və digər sahələrdə fəal surətdə nümayiş etdirirlər.

Qədir Xəlilov öz çıxışında Azərbaycan Gənclər Fondunun beynəlxalq fəaliyyəti barədə də məlumat verib. O, Fondun müxtəlif layihələrin icrasında, konfranslarda, ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanı layiqincə təmsil etdiyini, təcrübə və informasiya mübadiləsində fəal iştirakını qeyd edib.

Müzakirələr zamanı parlamentin çıxış edənlər təqdimatı müsbət dəyərləndiriblər, ötən il ərzində həyata keçirilən layihələr, əldə olunan uğurlar, qarşıya qoyulan hədəflər və cari ilin fəaliyyət istiqamətləri haqqında öz fikirlərini bölüşüblər. Çıxışlarda dövlət gənclər siyasətinin inkişaf etdirilməsi və müasir dünyanın çağırışlarına uyğunlaşdırılması ilə əlaqədar bəzi təkliflər səsləndirilib.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxışlarda səslənən fikirlərə münasibət bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri