Milli Məclisdə Süni intellekt komitəsi Deputatlar arasında fikir ayrılığı yarandı | Icma.a…
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisdə süni intellekt komitəsinin yaradılması məsələsi ətrafında müzakirələr aparılır.Süni intellekt artıq hüquqdan iqtisadiyyata, təhlükəsizlikdən sosial münasibətlərə qədər hər bir sahəni dəyişdirən sistemli amilə çevrilib.
Bu şəraitdə parlament səviyyəsində institusional qurumun formalaşdırılması həm tənzimləmə boşluqlarını aradan qaldırmaq, həm də qlobal rəqabətə uyğun normativ çərçivə qurmaq ehtiyacından yarandığı düşünülür.Mövzu ilə bağlı Modern.az deputatlarla həmsöhbət olub.
Deputat Elçin Mirzəbəyli süni intellektlə bağlı ayrıca komitənin yaradılmasının lehinə olduğunu bildirib: “Beynəlxalq təcrübəyə nəzər salanda görürük ki, süni intellekt artıq məhdud texniki məsələ deyil və hazırda dövlət idarəçiliyi, təhlükəsizlik, iqtisadiyyat, təhsil, informasiya siyasəti və insan hüquqları kimi sahələrin kəsişməsində yer alan strateji istiqamət kimi qəbul olunur.
Buna görə də bir çox ölkə və təsisatlarda bu sahə ilə bağlı parlament səviyyəsində ayrıca nəzarət mexanizmlərinin yaradılmasına başlanılıb”.
Dünya təcrübəsidən danışan deputat vurğulayıb ki, Avropa Parlamenti 2020-ci ildən başlayaraq, süni intellektin iqtisadi, sosial və hüquqi təsirlərini öyrənmək üçün Rəqəmsal Dövrdə Süni İntellekt üzrə Xüsusi Komitə (Special Committee on Artificial Intelligence in a Digital Age - AIDA) formalaşdırıb.
“Avropa Parlamentinin təcrübəsi göstərir ki, süni intellekt üzrə ayrıca struktur yaratmaq qanunverici orqanın ayrı-ayrı komitə və komissiyaları arasında əlaqələndirmənin təşkili baxımından daha əlverişlidir.Başqa bir nümunəyə müraciət edək: Məslən, Böyük Britaniyada parlament səviyyəsində süni intellekt üzrə ayrıca daimi komitə olmasa da, Elm, İnnovasiya və Texnologiyalar (Science, Innovation and Technology Committee) süni intellektlə bağlı məsələləri müstəqil sektor kimi araşdırır, müntəzəm hesabatlar hazırlayır və hökumətə bununla bağlı tövsiyələr verir.
Komitənin süni intellektlə bağlı təşkil etdiyi dinləmələr də göstərir ki, bu sahənin problemləri daha geniş institusional baxış tələb edir.Qeyd edim ki, Sinqapur, Cənubi Koreya və Estoniya kimi rəqəmsal inkişafın ön sıralarında yer alan ölkələr də parlament və hökumət struktularında rəqəmsal texnologiyalar üzrə ayrıca icra mexanizmləri və ya komitələr yaradıblar.
Tam oxu
Xəbəri oxu