Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Milli Məclisdə Süni intellekt komitəsi Deputatlar arasında fikir ayrılığı yarandı

Milli Məclisdə Süni intellekt komitəsi Deputatlar arasında fikir ayrılığı yarandı

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisdə süni intellekt komitəsinin yaradılması məsələsi ətrafında müzakirələr aparılır.Süni intellekt artıq hüquqdan iqtisadiyyata, təhlükəsizlikdən sosial münasibətlərə qədər hər bir sahəni dəyişdirən sistemli amilə çevrilib.

Bu şəraitdə parlament səviyyəsində institusional qurumun formalaşdırılması həm tənzimləmə boşluqlarını aradan qaldırmaq, həm də qlobal rəqabətə uyğun normativ çərçivə qurmaq ehtiyacından yarandığı düşünülür.
Mövzu ilə bağlı Modern.az deputatlarla həmsöhbət olub. 

Deputat Elçin Mirzəbəyli süni intellektlə bağlı ayrıca komitənin yaradılmasının lehinə olduğunu bildirib:

“Beynəlxalq təcrübəyə nəzər salanda görürük ki, süni intellekt artıq məhdud texniki məsələ deyil və hazırda dövlət idarəçiliyi, təhlükəsizlik, iqtisadiyyat, təhsil, informasiya siyasəti və insan hüquqları kimi sahələrin kəsişməsində yer alan strateji istiqamət kimi qəbul olunur. Buna görə də bir çox ölkə və təsisatlarda bu sahə ilə bağlı parlament səviyyəsində ayrıca nəzarət mexanizmlərinin yaradılmasına başlanılıb”.

Dünya təcrübəsidən danışan deputat vurğulayıb ki, Avropa Parlamenti 2020-ci ildən başlayaraq, süni intellektin iqtisadi, sosial və hüquqi təsirlərini öyrənmək üçün Rəqəmsal Dövrdə Süni İntellekt üzrə Xüsusi Komitə (Special Committee on Artificial Intelligence in a Digital Age - AIDA) formalaşdırıb. 
“Avropa Parlamentinin təcrübəsi göstərir ki, süni intellekt üzrə ayrıca struktur yaratmaq qanunverici orqanın ayrı-ayrı komitə və komissiyaları arasında əlaqələndirmənin təşkili baxımından daha əlverişlidir.
Başqa bir nümunəyə müraciət edək: Məslən, Böyük Britaniyada parlament səviyyəsində süni intellekt üzrə ayrıca daimi komitə olmasa da,  Elm, İnnovasiya və Texnologiyalar  (Science, Innovation and Technology Committee) süni intellektlə bağlı məsələləri müstəqil sektor kimi araşdırır, müntəzəm hesabatlar hazırlayır və hökumətə bununla bağlı tövsiyələr verir. Komitənin süni intellektlə bağlı təşkil etdiyi dinləmələr də göstərir ki, bu sahənin problemləri daha geniş institusional baxış tələb edir.
Qeyd edim ki, Sinqapur, Cənubi Koreya və Estoniya kimi rəqəmsal inkişafın ön sıralarında yer alan ölkələr də parlament və hökumət struktularında rəqəmsal texnologiyalar üzrə ayrıca icra mexanizmləri və ya komitələr yaradıblar. Bu ölkələrdə rəqəmsal siyasət vahid mərkəzdən idarə olunur, parlament təsisatları isə bu sahəyə nəzarət edirlər. Estoniyada rəqəmsal inkişaf üzrə parlament qrupu və daimi ictimai nəzarət mexanizmləri uzun illərdir mövcuddur və bu institut Estoniyanın rəqəmsal dövlət kimi formalaşmasında əsas rol oynayıb.

ABŞ Konqresi də süni intellekt üzrə ikipartiyalı işçi qrupları yaradıb və fəaliyyətdə olan komitələlərin səlahiyyət dairəsini geişləndiməklə süni intellektlə bağlı ayrıca nəzarət mexanizmləri formalaşdırıb. Ən önəmli məqam odur ki, ABŞ-da süni intellekt dövlət siyasəti səviyyəsində strateji məsələ elan edildiyi gündən Konqres bu sahə üzrə vahid koordinasiya mərkəzi yaratmağa qərar verib və bu yanaşma ölkənin texnoloji liderliyinin qorunmasında əsas alətlərdən birinə çevrilib”.
Elçin Mirzəbəyli vurğulayıb ki, təcrübələrə əsasən süni intellekt kimi çoxsahəli və strateji əhəmiyyətli istiqamət üzrə ayrıca komitənin yaradılması həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm insan kapitalının inkişafı, həm etik və hüquqi çərçivələr, həm də dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə milli prioritetlərin formalaşdırılmasında mühüm rol oynaya bilər. 

“Məhz bu səbəbdən, zənnimcə Milli Məclisin, ayrıca Süni İntellekt və Rəqəmsal Texnologiyalar Komitəsinin yaradılması daha doğru olar”.

Deputat Elnarə Akimova saytımıza açıqlamasında qeyd edib ki, Süni intellektin qlobal miqyasda sürətlə inkişaf etməsi, rəqəmsal texnologiyaların iqtisadiyyata, sosial münasibətlərə və hüquqi mühitə təsiri təbii olaraq Azərbaycan qanunvericiliyində də bu istiqamətdə müzakirələrin aparılmasını zəruri edir. 
Dünya təcrübəsində müxtəlif modellər olduğunu qeyd edən deputat bildirib ki, hər bir ölkə bu məsələyə özünün institusional strukturu və milli prioritetləri çərçivəsində yanaşır, lakin indiki mərhələdə Azərbaycanda bu sahədə ixtisaslaşan komitə yaratmağa ehtiyac yoxdur:
“Mən hesab edirəm ki, hazırkı mərhələdə Milli Məclisdə süni intellektə dair ayrıca bir komitənin yaradılmasına ehtiyac yoxdur. Mövcud komitələrin strukturu bu sahədə formalaşan hüquqi və iqtisadi çağırışları tənzimləmək üçün kifayət qədər imkanlara malikdir. Qanunvericilik təşəbbüsləri təbiəti etibarilə sahələrarası olduğundan, süni intellektlə bağlı məsələlərin ayrıca strukturun yaradılmasındansa, mövcud komitələr arasında koordinasiyalı şəkildə həyata keçirilməsi daha məqsədəuyğundur”.
Elnarə Akimova bu məsələni üzərinə götürməli olduğu komitələrin də adını çəkib:
“Bu baxımdan, süni intellektlə bağlı gələcək prosesləri, -texnoloji, iqtisadi və sosial aspektlər də daxil olmaqla,-  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, eləcə də məsələnin hüquqi tənzimlənməsi kontekstində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi effektiv şəkildə öz üzərinə götürə bilər. Bu yanaşma həm mövcud qanunvericilik mexanizmlərinin çevik istifadəsinə, həm də sahələrarası əməkdaşlığın daha funksional təşkilinə imkan verir”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov da süni intellektlə bağlı məsələləri təmsil olunduğu komitənin üzərinə götürə biləcəyinə inanır.
Deputat qeyd edib ki, Milli Məclisdə süni intelektlə bağlı ayrıcı bir komitənin yaradılmasını aktual hesab etmir:

“İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi süni intelektlə bağlı qanunları da müzakirə edib plenar iclasa təqdim edə bilər. Bu baxımdan Milli Məclisin fəaliyyətdə olan komitələri ölkənin ictimai-siyasi, iqtisadi, təhlükəsizlik və digər məsələləri ilə bağlı mükəmməl qanunvericlik bazasını formalaşdırmağına, bu istiqamətdə qanun layihələri  müzakirə etməyə və yeni qanunları hazırlamağa hər zaman hazırdır” – deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Dekabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri