Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 22 aprel, AZƏRTAC Aprelin 22-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sess
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədri nümayəndə heyəti ilə aprelin 17-18-də Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə mə
O, diqqətə çatdırıb ki, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Şura iclasında və 58-ci plenar iclasında
Sonra S.Qafarova iclasda 12 məsələnin müzakirə olunacağını söyləyib.
O bildirib ki, gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatıdır.
Qeyd edib ki, Hesablama Palatasının hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentin nəzarət funksiyasının həyata keçirilməsində mühüm rol oynayır.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2024-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.
Palata sədri bildirib ki, 2024-cü il üzrə Hesabatda Hesablama Palatasının audit və qeyri-audit fəaliyyəti əhatə olunub, icmal-statistik məlumatlar öz əksini tapıb.