Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq. Göyçayda mühüm konfrans baş tutdu Bu günlərdə Göyçay şəhərində “Milli-mənəvi kimlik
Regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Konfransda müvafiq dövlət qurumlarının, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Ənənəvi dini mühitə təhdidlər və mübarizə yolları” mövzusuna həsr olunan konfransın birinci panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov moderatorluq edib.
İfratçılıq ənənəvi dini mühit üçün təhdid yaradır Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov çıxışında ifratçılığın ənənəvi dini mühit üçün təhdid yaratdığını deyib.
Qeyd edib ki, dini biliklərin təhrif edilməsi, sosial parçalanma, milli-mədəni irsə qarşı təbliğat və xüsusilə gənclərin radikallaşması bu təhdidlər arasında xüsusi yer tutur.
Belə hallarla mübarizə yalnız hüquqi deyil, həm də sosial, mədəni, təhsil və psixoloji aspektlərdən yanaşma tələb edir.
Daha sonra çıxış edən Aİİ-nin dosenti Elvüsal Məmmədov radikal qrupların səciyyəvi cəhətlərinə toxunub, dini radikalizmin yayılma mexanizmlərindən söz açıb.