Icma.az
close
up
RU
“Milli mənəvi kimlik və müasir çağırışlar”

“Milli mənəvi kimlik və müasir çağırışlar”

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Göyçayda mühüm konfrans baş tutdu

Bu günlərdə Göyçay şəhərində “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda regional konfrans keçirilib. Regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub. Konfransda müvafiq dövlət qurumlarının, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. “Ənənəvi dini mühitə təhdidlər və mübarizə yolları” mövzusuna həsr olunan konfransın birinci panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov moderatorluq edib.

İfratçılıq ənənəvi dini mühit üçün təhdid yaradır

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov çıxışında ifratçılığın ənənəvi dini mühit üçün təhdid yaratdığını deyib. Qeyd edib ki, dini biliklərin təhrif edilməsi, sosial parçalanma, milli-mədəni irsə qarşı təbliğat və xüsusilə gənclərin radikallaşması bu təhdidlər arasında xüsusi yer tutur. Belə hallarla mübarizə yalnız hüquqi deyil, həm də sosial, mədəni, təhsil və psixoloji aspektlərdən yanaşma tələb edir.

Daha sonra çıxış edən Aİİ-nin dosenti Elvüsal Məmmədov radikal qrupların səciyyəvi cəhətlərinə toxunub, dini radikalizmin yayılma mexanizmlərindən söz açıb. Eyni zamanda, o, maarifləndirmə işinin düzgün qurulması, mötədillik ideyalarının təbliği, din xadimləri üçün seminar-treninqlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Bu dini təhlükəsizliyə ciddi təhdid yaradır

Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov qloballaşmanın ənənəvi dini dəyərlərin qarşısına yeni çağırışlar qoymasından bəhs edib. Vurğulayıb ki, regionda geosiyasi güclərin rəqabəti, dini radikalizm və ekstremizmin artması, xaricdən yönləndirilən ideoloji təsirlər, sosial şəbəkələrdə dini məzmunlu dezinformasiyalar cəmiyyətin dini təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu təhdidlərin mahiyyətinin araşdırılması, onların sosial-psixoloji və ideoloji əsaslarının öyrənilməsi, habelə qarşısının alınması yollarının müəyyənləşdirilməsi mühüm məsələlərdəndir.

Konfransın ikinci paneli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətə çatdırılmasında din xadimlərinin rolu” mövzusuna həsr edilib.

Dövlət-din münasibətləri modelimiz cəmiyyətdə harmoniya yaradır

Paneldə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, bu gün dünyada insan şüuruna təsir uğrunda mübarizə gedir və sosial şəbəkələrin imkanlarından bu istiqamətdə daha çox istifadə olunur: “Bu baxımdan, hazırkı dövrdə savadlı və müasir düşüncəli din xadimlərinin maarifləndirici rolu xüsusi əhəmiyyət kəsb edir. Din xadimi intellektual səviyyəsi, nümunəvi davranışı, sosial fəallığı ilə cəmiyyətə dəstək olmalıdır. Azərbaycanın dövlət-din münasibətləri modeli cəmiyyətdə harmoniya yaradaraq dəyərlərin qorunmasına möhkəm zəmin formalaşdırır.

Fərqli düşüncə və mənsubiyyətlərə dözümlülük

Aİİ-nin dosenti Aslan Həbibov bildirib ki, cəmiyyətin sağlam, davamlı və sabit inkişafının əsas şərtlərindən biri vəhdətin, birlik, həmrəylik və qarşılıqlı anlayışın olmasıdır: “İnsanların bir-birinə hörmətlə yanaşması, fərqli düşüncə və mənsubiyyətlərə dözümlü olması, sosial münasibətlərin ahəngdar şəkildə davam etməsi vəhdətin göstəriciləridir. Bu prosesdə təkcə hüquqi mexanizmlər deyil, həm də mənəvi və ideoloji amillər mühüm rol oynayır”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ağdaş bölgəsi üzrə qazısı Əli Məmmədov qeyd edib ki, din xadimi cəmiyyətdə birlik yaradan şəxs olmalıdır: “Millətin gücü də məhz birlikdə, həmrəylikdə və mənəvi bütövlükdədir. Yerli folklor və adət-ənənələr milli kimliyi yaşadan dəyərlərdir”.

Dinin fəlsəfəsi yanlış başa düşülür...

Tədbirin yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, informasiya mühitində məlumatların sürətlə təhrif olunduğu dövr yaşanır: “Məkrli manipulyasiyalar nəticəsində dinin fəlsəfəsi yanlış başa düşülür, ehkamları təhrif olunur. Bu da, öz növbəsində, əvvəlcə fərdlərin, daha sonra isə bütövlükdə cəmiyyətin mənfi təsirlərə məruz qalmasına səbəb olur”.

Din xadimlərinin üzərinə xüsusi məsuliyyət düşür

R.Məmmədov vurğulayıb ki, ideoloji təhdidlərin qarşısını almağın ən effektiv yolu insanları maarifləndirməkdir. O, cəmiyyəti və dini etiqad azadlığını yalnız bu yolla qorumağın mümkünlüyünü qeyd edib, bu işdə din xadimlərinin üzərinə xüsusi məsuliyyət düşdüyünü diqqətə çatdırıb: “Cəmiyyətdə formalaşmış sarsılmaz birlik ruhunu qorumaq hər kəsin peşə borcu, vəzifəsi olmaqla yanaşı, həm də vətəndaşlıq məsuliyyətidir”.

Dini icmaların fəaliyyətinə dəstək hər zaman davam edir

Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Göyçay rayonundakı Qarabaqqal kənd “Cümə” məscidini ziyarət edib. Məscidin din xadimləri ilə keçirilən görüşdə dövlət-din münasibətlərinin inkişafı, dini maarifləndirmənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və gənclərin sağlam dini biliklərə yiyələnməsi məsələləri müzakirə olunub.

R.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini icmaların fəaliyyətinə göstərilən dəstək ardıcıl şəkildə davam etdirilir və gənclərin zərərli ideologiyalardan qorunmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında din xadimlərinin də üzərinə mühüm vəzifələr düşür.

Ramin Məmmədov din xadimlərini İslamın sülh, həmrəylik və insanpərvərlik prinsiplərinin düzgün təbliğində daha fəal olmağa çağırıb, milli-mənəvi dəyərlərə zidd ideoloji təsirlərə qarşı maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Yeganə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Alimlər 1000 dəfə özünü bərpa edən material hazırladı 500 il xidmət edə bilər

29 Sentyabr 2026 07:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri