Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır. İradə Tuncay..."Əkinçi"dən üzü bu yana 150 illik çətin və şərəfli bir yolu qət ed
Amma uzaqdan- uzağa sevdiyim, hörmət və pərəstiş etdiyim, yaradıcılığını yaxından izlədiyim qələm adamlarından biridir.
Bəlkə də Allah qismət eləsə, gözəl günlərin birində onunla görüşmək şərəfinə də nail olaram.
Əslində mən illər öncə İradə xanımı o zamankı"Sevil" kinoteatının düz yaxınlığında- uşaqlıq və gənclik illərimin keçdiyi babamgilin evi yerləşən ərazidə də görə bilərdim, çünki bildiyim qədər onlar da vaxtilə həmin yerdə yaşayıblar.
Bəlkə də İradə xanıma rəğbətim özüm də bilmədən Vətən içərisində Vətən hesab etdiyim doğma Yasamala olan unudulmaz uşaqlıq sevgisindən qaynaqlanıb.
Bəlkə də onun yazılarını oxuya- oxuya bu xanıma sözün əsl mənasında valeh olmuşam.
"Yol" romanını oxuyanda sanmışam ki, mən də İradə xanımın keçdiyi yerləri gəzib dolaşıram.Amma çox yaxşı yadımdadır ki, ilk dəfə onu ANS- in efirində görmüşdüm.
Ömür- gün yoldaşı, hamımızın sevimlisi Aqil Abbasla bir yerdə o vaxt respublikanın əməkdar artisti Nisə Qasımovanın aparıcısı olduğu "Xoş vaxt" verilişinə dəvət olunmuşdu.