Milli muğam sənətimiz Pakistanda

25.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan muğamı bu dəfə Pakistanın Kəraçi şəhə­rində – dünyanın müxtəlif guşələrindən sənət adamları­nı bir araya gətirən III Dünya Mədəniyyət Festivalında səslənib. Beynəlxalq Muğam Mərkəzinin (BMM) direk­toru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə və BMM-nin solisti, Əməkdar artist, nağara ifaçısı, Qa­rabağ Universitetinin baş müəllimi Kamran Kərimov bu mötəbər sənət platformasında ölkəmizi təmsil ediblər.

Sahib Paşazadə və Kamran Kərimov bu mötəbər festi­vala üçüncü dəfə qatılıblar. Bu, Azərbaycan musiqi sənətinə göstərilən beynəlxalq marağın, eləcə də sənətçilərimizin festivalın nüfuzlu iştirakçıları sırasında yer aldığının göstə­ricisidir. Ötən il “İncəsənətə göstərdiyi xidmətlərə görə” medalı Sahib Paşazadəyə “Art Council” təşkilatının prezi­denti Məhəmməd Əhməd Şah tərəfindən təqdim edilib və tarzən bu mükafata layiq görülən ilk sənətkardır.

Bu il üçüncü dəfə təşkil olunan Dünya Mədəniyyət Festivalı miqyasına və iştirakçı sayına görə diqqətçəkən beynəlxalq sənət hadisəsinə çevrilib. Dünyanın 150 ölkəsindən 1000-dən çox sənət adamının dəvət olunduğu festival musiqi, teatr, rəqs, rəssamlıq, kino və digər yaradıcılıq sahələrini vahid sənət platformasında birləşdirib. 

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью