Milli muğam sənətimiz Pakistanda
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan muğamı bu dəfə Pakistanın Kəraçi şəhərində – dünyanın müxtəlif guşələrindən sənət adamlarını bir araya gətirən III Dünya Mədəniyyət Festivalında səslənib. Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə və BMM-nin solisti, Əməkdar artist, nağara ifaçısı, Qarabağ Universitetinin baş müəllimi Kamran Kərimov bu mötəbər sənət platformasında ölkəmizi təmsil ediblər.
Sahib Paşazadə və Kamran Kərimov bu mötəbər festivala üçüncü dəfə qatılıblar. Bu, Azərbaycan musiqi sənətinə göstərilən beynəlxalq marağın, eləcə də sənətçilərimizin festivalın nüfuzlu iştirakçıları sırasında yer aldığının göstəricisidir. Ötən il “İncəsənətə göstərdiyi xidmətlərə görə” medalı Sahib Paşazadəyə “Art Council” təşkilatının prezidenti Məhəmməd Əhməd Şah tərəfindən təqdim edilib və tarzən bu mükafata layiq görülən ilk sənətkardır.
Bu il üçüncü dəfə təşkil olunan Dünya Mədəniyyət Festivalı miqyasına və iştirakçı sayına görə diqqətçəkən beynəlxalq sənət hadisəsinə çevrilib. Dünyanın 150 ölkəsindən 1000-dən çox sənət adamının dəvət olunduğu festival musiqi, teatr, rəqs, rəssamlıq, kino və digər yaradıcılıq sahələrini vahid sənət platformasında birləşdirib.
XQ
Baxış sayı:37
Bu xəbər 25 Noyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















