Milli musiqimiz xalqımızın könül nəğməsidir | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Onu necə qoruyur, sabaha necə ötürürük?
Azərbaycan milli musiqisi ruhumuza qida verir, qəlbimizə min bir duyğu bəxş edir.
Muğam bizi daxilən zənginləşdirir, uca məqamlara qovuşdurur. Sazın telləri duyğularımızı titrədir, zəkamıza işıq saçır.
İllər keçir, yaş ötür, zaman dəyişir... Bəs milli musiqilərimiz titrəyən tellərin arasından hələ də gələcək nəsillərə işıq tuta bilirmi?
Bəs biz ulularımızın bu zəngin mənəvi sərvətini necə qoruyur, gələcəyə necə ötürürük?
Kütləvi yayım vasitələri milli musiqimizin səsini dünyaya çatdırır, hərdən də bu ahəngi korlayır.
Sosial şəbəkələrdə mahnılar qısa, hətta çox zaman mənasız görüntülərlə təqdim olunur. Muğamların ritmi pozulur, sözlərin mənası itir.
Balabanın harayı artıq ürəyin ən gizli guşələrinə toxunmur, mizrab tarın simlərinə çarpanda yad səslər qopur, təhrif olunan melodiyalar küyə çevrilir.
Tam oxu
Xəbəri oxu