Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Milli musiqimiz xalqımızın könül nəğməsidir

Milli musiqimiz xalqımızın könül nəğməsidir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Onu necə qoruyur, sabaha necə ötürürük?

Azərbaycan milli musiqisi ruhumuza qida verir, qəlbimizə min bir duyğu bəxş edir. Muğam bizi daxilən zənginləşdirir, uca məqamlara qovuşdurur. 

Sazın telləri duyğularımızı titrədir, zəkamıza işıq saçır. 

İllər keçir, yaş ötür, zaman dəyişir... Bəs milli musiqilərimiz titrəyən tellərin arasından hələ də gələcək nəsillərə işıq tuta bilirmi?

 Bəs biz ulularımızın bu zəngin mənəvi sərvətini necə qoruyur, gələcəyə necə ötürürük?

Kütləvi yayım vasitələri milli musiqimizin səsini dünyaya çatdırır, hərdən də bu ahəngi korlayır. Sosial şəbəkələrdə mahnılar qısa, hətta çox zaman mənasız görüntülərlə təqdim olunur. Muğamların ritmi pozulur, sözlərin mənası itir. Balabanın harayı artıq ürəyin ən gizli guşələrinə toxunmur,  mizrab tarın simlərinə çarpanda yad səslər qopur, təhrif olunan melodiyalar küyə çevrilir. Sosial şəbəkələrdə yayılan səthi və sürətli paylaşımlar nəinki sənətə, əsrlərin sınağından çıxan dəyərlərimizə də zərbə vurur. 

Milli musiqimizin ritmi, mənası yalnız  sosial şəbəkələrdə təhrif olunmur. Tarixin hər dönəmində milli  musiqimiz müxtəlif təsirlərə məruz qalıb, insanların gündəlik həyat tərzi, zövqləri ilə uyğunlaşdırılıb. Məsələn, mərhum şair Famil Mehdinin “Min hava çalınır könül tarında” misrası ilə başlayan şeiri zaman-zaman bəzi ifaçılar tərəfindən dəyişdirilib. “Fəsillər ötüşür” əvəzinə “görüşür”, “yanmaqdır” yerinə “yazmaq” deyilir, “heç zaman” sözləri isə   “bir daha” ilə əvəz edilir. Bu  dəyişikliklər şeirin incə ahəngini pozub, onun mənasına xələl gətirib. Hər dəyişdirilmiş söz misralarda gizlənən incə çalarla kölgə salıb. 

Unutmaq olmaz ki, yüksək zövq, mənəvi saflıq gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynayır. İndi dillərə dastan olan muğam dəstgahları və xalq melodiyaları ilkin versiyada deyil, dəyişdirilir, “trend” adlandırılır, onların ritmi, ahəngi və tamamilə fərqli şəkildə  səsləndirilir. Hətta bəzi hallarda milli musiqilərimizin sözləri, melodiyası mənimsənilərək başqa dillərdə və ya başqa ifalarda mənşəyi göstərilmədən təqdim olunur. Bu, açıq-aşkar oğurluqdur.

2020-ci ildə Əqli Mülkiyyət Agentliyi sosial şəbəkələrdə yayılan bir faktı diqqətə çatdırıb. Məlum olub ki, “Küçələrə su səpmişəm” Azərbaycan Xalq mahnısı “YouTube” portalında fars mahnısı kimi təqdim edilib. Xatırladaq ki, XX əsrin əvvəllərindən başlayaraq “Küçələrə su səpmişəm” bir sıra Xalq mahnıları toplularında, eləcə də Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 1927-ci ildə nəşr olunan “Azərbaycan türk el nəğmələri”, Səid Rüstəmovun 1956-cı ildə tərtib etdiyi “Azərbaycan xalq melodiyaları” və Fikrət Əmirovun 1952-ci ildə çap olunan kitablarında yer alıb. Mahnı 1954-cü ildə çəkilmiş “Doğma xalqıma” filmində də səsləndirilib, Rəşid Behbudov isə mahnını 1963-cü ildə yenidən ifa edib.

Milli musiqimizin ecazkarlığını qorumaq yalnız sənətkarların deyil, hər bir vətəndaşın da borcudur. Çünki milli musiqimiz həm də kollektiv yaddaşın canlı kodları, keçmişin aynası, tarixin, mədəniyyətin və ictimai psixologiyanın təcəssümüdür. Təhrif olunmuş melodiyalar və mətn dəyişiklikləri mədəni yaddaşda deformasiya yaradır. 

Bəs melodiyaları necə xilas etmək olar? Cavab həm sadə, həm də mürəkkəbdir: diqqət, ehtiram və sevgi ilə. Hər ifaçı musiqinin ritmini, ahəngini və sözlərinin mənasını olduğu kimi çatdırmalı, dinləyicilər isə onu qoruyub saxlamalıdırlar.

Sosial şəbəkələr və süni intellekt texnologiyaları bu prosesdə həm dost, həm də düşmən ola bilər. Amma diqqətlə seçilmiş, xüsusi tərtib olunmuş video və audiomateriallar, düzgün təqdimat musiqiyə ikinci nəfəs verəcək, həm də  zamanla yarışan bir əfsanə kimi onu yenidən canlandıracaq. Belə olduğu halda, Azərbaycan musiqisi dünyaya səs salacaq, uzun illər gizlənmiş  xəzinə kimi aşkara çıxacaq. “Sarı gəlin”dən muğamın incə titrəyişlərinə, müasir pop və caz ifalarına qədər melodiyalarımız sərhədləri aşaraq müxtəlif qitələrə  çatacaq. 

Əlbəttə, Azərbaycan musiqisinin dünyada tanınmasında onu əbədiləşdirən sənətkarların  böyük rolu var.  Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası milli musiqimizi klassik opera dili ilə tanıdıb. O, əsərlərində xalq melodiyası ilə Avropa musiqi ənənələrini birləşdirib. Qara Qarayev isə Azərbaycan musiqisini modernizm və simfonik təfəkkürlə beynəlxalq arenada məşhurlaşdırıb. Bəstəkarın  əsərlərində muğam elementləri Avropa orkestr texnikası ilə sintez olunub. 

Bundan əlavə, Fikrət Əmirovun simfonik muğamları dünyanın bir çox nüfuzlu konsert zallarında və festivallarda səsləndirilib, beynəlxalq musiqi ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Avropa, Asiya və Amerika ölkələrində müxtəlif orkestr və solistlər tərəfindən ifa olunan  əsərlər Azərbaycan melodiyalarının ritmini və harmoniyasını hər kəsə çatdırıb.

Beləliklə, klassik və xalq musiqimizin zəngin mirası həm sənətkarların əsərlərində, həm də gənc ifaçıların sənətində yaşayır. Sosial şəbəkələr və onlayn platformalar isə kütləvi körpü rolunu oynayır. Körpü mötəbər olmalıdır ki, səni mənzilə təhlükəsiz qovuşdursun.

Fidan ƏLİYEVA 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri