Milli parklarımız Azərbaycanın unikal təbiət kompleksləri | Icma.az
Icma.az bildirir, 525.az portalına istinadən. Azərbaycan təbiətinin gözəlliyi, əsrarəngizliyi onun milli parklarında da özünü aydın göstərir
Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısın
Milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan ərazisinin 3,58 faizini təşkil edir.
Azərbaycanda yeni milli parkların - Axar-Baxar və İlisu milli parklarının yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib.
Bu qərar Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, ekoturizmin inkişafı, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin qorunması baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir.
Yeni yaradılmış Azərbaycanın unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən dövlət ehtiyat fondu torpaqlarında formalaşdırılıb və ümumilikdə 23 901,99 hektar ərazini əhatə edir.
İlisu Milli Parkı isə fəaliyyətdə olan İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb.
Milli Park Qax və Zaqatala rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 13 966 hektardır.
Tam oxu
Xəbəri oxu