Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Milli parklarımız Azərbaycanın unikal təbiət kompleksləri

Milli parklarımız Azərbaycanın unikal təbiət kompleksləri

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycan təbiətinin gözəlliyi, əsrarəngizliyi onun milli parklarında da özünü aydın göstərir. Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir. Milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan ərazisinin 3,58 faizini təşkil edir.

Azərbaycanda yeni milli parkların - Axar-Baxar və İlisu milli parklarının yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib. Bu qərar Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, ekoturizmin inkişafı, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin qorunması baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir. Yeni yaradılmış Azərbaycanın unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən dövlət ehtiyat fondu torpaqlarında formalaşdırılıb və ümumilikdə 23 901,99 hektar ərazini əhatə edir. İlisu Milli Parkı isə fəaliyyətdə olan İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Milli Park Qax və Zaqatala rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 13 966 hektardır. Bildirilib ki, Azərbaycanda Xüsüsi Mühafizə olunan Təbiət Ərazilərinin (XMOTƏ) sahəsi 892 855,78 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,31 faizini təşkil edirdi: "Yeni yaranan milli parklar hesabına hazırda bu rəqəm 913 342,17 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,54 faizinə yüksəlib. Hər iki milli parkın yaradılması həmin ərazilərin zəngin təbii və tarixi irsinin əhəmiyyətli turizm potensialına çevrilməsi ilə yanaşı, regionda məşğulluğun artmasına, yerli əhalinin rifah halının yüksəlməsinə, ekoloji maarifləndirmə yolu ilə ekosistemlərdən dayanıqlı istifadəyə əsaslanan sosial-iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq".

Xatırladaq ki, Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park - Axar-Baxar və İlisu milli parkları yaradılıb. Sərəncam xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədi daşıyır. Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılıb.

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3 min 500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cü ildə yaradılmış Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. Daha sonra Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb.

2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göygöl Milli Parkı, Samur-Yalama Milli Parkı fəaliyyət göstərir.

Prezident sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılan Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Buradakı bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və sair quşların adları Azərbaycanın "Qırmızı Kitabı"nda yer alıb. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və sairə rast gəlmək olar.

Şirvan Milli Parkında qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis), Kiçik Asiya ağac qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda). Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilib, qanunla qorunur.

Ağcabədi və Beyləqan rayonlarının ərazisindəki Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və sair məskunlaşıb. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir.

Ötən il ərzində ölkənin müxtəlif ərazilərini əhatə edən milli parklarımızı 224 min 638 turist ziyarət edərək təbiətin bizə bəxş etdiyi gözəlliklərdən zövq alıb. Ən çox ziyarət olunan milli parklar arasında ilk üçlükdə Göygöl, Şahdağ və Abşeron milli parkları yer alıb.

Ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır. Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.

Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri var. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faizini, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87, dövlət təbiət qoruqları 1,39, dövlət təbiət yasaqlıqları isə 4,05 faizini təşkil edir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.

Yeni yaradılan Axar-Baxar Milli Parkının adı Yevlax rayonunun inzibati ərazisindən başlayan, Samux və Qax rayonlarının ərazisi də daxil olmaqla, Gürcüstan sərhədinə qədər uzanan Axar-Baxar dağ silsiləsinin adından götürülüb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib ki, unikal və mürəkkəb coğrafi quruluşa malik bu dağ silsiləsi Böyük və Kiçik Qafqaz silsilələri arasında təbii koridor rolunu yerinə yetirməklə yanaşı, xarakterik zəngin bioloji müxtəlifliyə malikdir.

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, yeni yaradılacaq parkların ərazisi çox gözəldir: "Azərbaycanın, demək olar ki, ən sıx meşə ehtiyatı məhz İlisu Milli Parkının ərazisindədir. Qoruğun böyüdülməsi olduqca əhəmiyyətlidir. Axar-Baxar milli parkı Samux, Yevlax və Qax rayonlarının əsasən dövlət ehtiyat fondu torpaqlarında formalaşdırılıb və ümumilikdə 23 901,99 hektar ərazini əhatə edir".

Mütəxəssisin fikrincə, İlisu Milli Parkı ilə bağlı narahatlıq doğuran bir məqam bundan ibarətdir ki, Balakəndə Avropanın ikinci ən böyük polimetal filiz yatağı olan Filizçay yataqlarının istismarına başlanmasının respublikamızın ən sıx meşə massivlərinə, o cümlədən yeni yaradılacaq qoruğun ekosisteminə zərər verməsi ehtimalı var: "Bu səbəbdən də o yatağın emal zavodunun ekoloji baxımdan ən uyğun yerdə və ən müasir texnologiya ilə təmin olunaraq tikilməsi vacibdir. Digər ən mühum şərt ondan ibarətdir ki, Filizçay yatağında görüləcək işlər şaxta üsulu ilə icra edilməlidir. Belə olarsa nə meşə massivlərinə, nə də yeni yaranan parklara hər hansı bir ziyan dəyəcək".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://525.az
archiveBu xəbər 22 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri