Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib | Icma.az
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 4 iyun, AZƏRTAC İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, YAP Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: konstitusion quruluşdan suverenlik zirvəsinə” mövzusunda konfrans keçirilib.YAP-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Ümummilli Liderin büstünün önünə əklil və gül dəstələri qoyulub.Konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.Daha sonra çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb.
Deyib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Ozamankı hakimiyyət isə respublikanı idarə etmək iqtidarında deyildi.
Bu səbəbdən də respublikamızda dərin böhran hökm sürür, torpaqlarımızın isə Ermənistan tərəfindən işğalı davam edirdi.
Belə bir şəraitdə xalqımız, o cümlədən dəyərli ziyalılarımız bu ağır durumdan çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı.
Tam oxu
Xəbəri oxu