Icma.az
close
up
RU
Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, YAP Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: konstitusion quruluşdan suverenlik zirvəsinə” mövzusunda konfrans keçirilib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Ümummilli Liderin büstünün önünə əklil və gül dəstələri qoyulub.

Konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Deyib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ozamankı hakimiyyət isə respublikanı idarə etmək iqtidarında deyildi. Bu səbəbdən də respublikamızda dərin böhran hökm sürür, torpaqlarımızın isə Ermənistan tərəfindən işğalı davam edirdi. Belə bir şəraitdə xalqımız, o cümlədən dəyərli ziyalılarımız bu ağır durumdan çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov isə bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan tarixində müstəsna yer tutur. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu.

“Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyif İmamverdiyev çıxışında vurğulayıb ki, 1993-cü il iyunun 15-i xalqımızın yaddaşına qurtuluş tarixi kimi yazılıb. Bu tarixi yaradan isə Ulu Öndər Heydər Əliyevdir. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Milli Qurtuluş Günü Azərbaycana böyük uğurlar qazandırdı və bu gün də qazandırmaqdadır.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov da çıxışında Milli Qurtuluş Gününün tariximizdəki rolundan danışıb, müstəqil Azərbaycanın qurulması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb.

Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim edilib, yubiley yaşında olan partiyanın Nizami rayon təşkilatının ərazi partiya təşkilat sədrləri və veteranları təltif edilib, YAP Nizami rayon təşkilatının könüllülük layihəsinin məzunlarına sertifikatlar verilib.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri