Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm ən faciəli, həm də ən şərəfli səhifə
1990-cı il yanvarın 20-də sovet imperiyası öz ömrünün son mərhələsində Azərbaycan xalqının azadlıq və müstəqillik istəyini boğmaq məqsədilə
Bu hadisə təkcə Bakıda deyil, bütövlükdə Azərbaycanın taleyində dərin iz buraxmış, xalqımızın milli oyanışını daha da gücləndirmişdir.
1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi böhran, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ölkədə geniş xalq hərəkatına səbəb olmuşdu.
Minlərlə insan Bakının meydanlarına çıxaraq öz hüquqlarını, azadlıq və ədalət tələblərini sülh yolu ilə ifadə edirdi.
Lakin sovet rəhbərliyi bu haqlı tələblərə zorakılıqla cavab verdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun ağır hərbi texnikası Bakıya yeridildi və dinc əhali gülləbaran edildi.
Qanlı gecə zamanı qadın, uşaq, yaşlı demədən günahsız insanlar qətlə yetirildi.