Icma.az
close
up
RU
Milli qürur və hüzn günü

Milli qürur və hüzn günü

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm ən faciəli, həm də ən şərəfli səhifələrdən biridir. 1990-cı il yanvarın 20-də sovet imperiyası öz ömrünün son mərhələsində Azərbaycan xalqının azadlıq və müstəqillik istəyini boğmaq məqsədilə dinc əhaliyə qarşı misli görünməmiş bir qırğın törətmişdir. Bu hadisə təkcə Bakıda deyil, bütövlükdə Azərbaycanın taleyində dərin iz buraxmış, xalqımızın milli oyanışını daha da gücləndirmişdir.

1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi böhran, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ölkədə geniş xalq hərəkatına səbəb olmuşdu. Minlərlə insan Bakının meydanlarına çıxaraq öz hüquqlarını, azadlıq və ədalət tələblərini sülh yolu ilə ifadə edirdi. Lakin sovet rəhbərliyi bu haqlı tələblərə zorakılıqla cavab verdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun ağır hərbi texnikası Bakıya yeridildi və dinc əhali gülləbaran edildi.

Qanlı gecə zamanı qadın, uşaq, yaşlı demədən günahsız insanlar qətlə yetirildi. Tanklar küçələrdə insanları əzdi, evlərə və avtomobillərə atəş açıldı. Rəsmi məlumatlara əsasən, yüz əllidən artıq insan şəhid oldu, yüzlərlə insan yaralandı, minlərlə ailə ağır faciə ilə üzləşdi. Bu hadisə beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, insanlığa qarşı törədilmiş ağır cinayət idi.

20 Yanvar faciəsinə ilk dəfə açıq və cəsarətli şəkildə siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev olmuşdur. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat nümayəndələri qarşısında çıxış edərək SSRİ rəhbərliyini kəskin tənqid etmiş, baş verənləri Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət kimi qiymətləndirmişdir. Bu çıxış böyük risklərə baxmayaraq, xalqın səsini dünyaya çatdırmış və 20 Yanvar həqiqətlərinin yayılmasında mühüm rol oynamışdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir.

Bu gün də 20 Yanvar faciəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq və mübarizə tarixi kimi qiymətləndirir. Dövlət başçısı dəfələrlə qeyd etmişdir ki, bu faciə Azərbaycan xalqının iradəsini sındırmamış, əksinə, müstəqillik əzmini daha da gücləndirmişdir. Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulduğunu, onların ailələrinə göstərilən qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulamışdır.

20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq mübarizəsində dönüş nöqtəsi olmuşdur. Məhz bu hadisədən sonra xalq sovet rejiminin əsl mahiyyətini dərk etmiş və müstəqillik yolunda geri dönüşün olmadığını sübut etmişdir. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası 20 Yanvar şəhidlərinin canı və qanı bahasına əldə edilmiş tarixi nailiyyətdir.

Bu gün müstəqil, suveren və güclü Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin əziz xatirəsini daim ehtiramla yad edir. Onların fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, 20 Yanvar isə milli qürur və hüzn günü kimi tarixdə qalacaq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların bizə miras qoyduğu müstəqilliyi qorumağı hər birimizin müqəddəs borcu hesab edirik.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri