Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Laçın, 3 iyun, Gülay Nəzərova, AZƏRTAC Azərbaycanın zəngin mədəniyyətinin parlaq güzgüsü olan Azərbaycan Dövlət Rəqs Ansamblı uzun illərdir ki, milli dəyərlərimizi qoruyub yaşadır, eyni zamanda, bu inciləri dünyaya böyük fəxr və sevgi ilə tanıdır.
Ansambl yalnız ölkəmizin deyil, dünyanın ən mötəbər səhnələrində də ulduz kimi parlayır.Azərbaycan Dövlət Rəqs Ansamblının səhnə dili – rəngarəng, obrazlı və duyğulu bir dastandır.
Bu dastanda hər addım, hər baxış və hər ritm xalqımızın tarixini, əzmkarlığını və sevincini əks etdirir.
Ansambl üzvləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycanın işğaldan azad olunan torpaqlarında qürurla təqdim etdikləri proqramlardan, həmçinin dünyanın müxtəlif guşələrində mədəniyyətimizi təbliğ etmək missiyalarından danışıblar.Ansambl, həmçinin bu gün Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı-2025” ili çərçivəsində təşkil edilən möhtəşəm konsert proqramında çıxış ediblər.
Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Aytən Bünyatova bildirib ki, azad olunan ərazilərdə çıxış etmək həm böyük məsuliyyət, həm də qürur hissidir.
"Dünyanın bir çox ölkələrində keçirilən festivallarda, konsert proqramlarında milli rəqslərimizi nümayiş etdirərək, Azərbaycan mədəniyyətinin zənginliyini və rəngarəngliyini xarici tamaşaçılara çatdırmışıq.
Azad olunan ərazilərimizdə çıxış etmək isə olduqca duyğulu bir hissdir.